İnsan Resursları üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 aprel 2026
Son Tarix: 16 may 2026
Təsvir
“Tabia Group”-un daxili prosedurlarına uyğun bütün İnsan Resursları funksiyalarını icra etmək: işə qəbul, təlim və inkişaf, əmək haqqı/təminat proseslərinin administrasiyası, qanunvericilik tələblərinə uyğun fəaliyyət, komanda ilə işləmək, əmək münasibətləri və müqavilələrin tənzimlənməsi, fəaliyyət səmərəliliyi qiymətləndirilməsi, işçilərin təzminatı və təhlükəsizliyi, məşğulluq prosesləri, təşkilati strukturun hazırlanması proseslərini həyata keçirmək;
Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM-si bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS), e-sosial sisteminə vakant yerlərin işlənilməsi, işə qəbul və işdən çıxan əməkdaşların İSB –yə uyğun olaraq vaxtında daxil edilməsi;
İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək, daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri müsahibə mərhələsinə dəvət etmək, uğurlu namizədlərlə bağlı referansların alınması, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotununun aparılması; verilən məzuniyyətlərin cədvəl üzrə istifadəsinə nəzarət edilməsi, işçilərə illik məzuniyyətlərin verilməsi (əmrlərin düzgün tərtibi, uzatmalar, staj, işə başlama tarixlərinə nəzarət) və ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
Müasir İR metodologiya və yanaşmalardan ( KPİ, Fəaliyyət Dəyərləndirilməsi, səriştələrin idarə edilməsi, təlim, karyera planlama) istifadə edərək, iş icrasının həyata keçirilməsi;
Əmək haqqı kartlarının açılması və sifarişi;
İşçilərin gündəlik və aylıq dəvamiyyətinin izlənilməsi, gündəlik və aylıq hesabatların, ay sonu dəvamiyyət tabellərinin hazırlanaraq (1C, excel) mühasibatlığa təhvil verilməsi;
Şirkət üzrə bütün növ əmrlərin (işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.,), əmək kitabçalarının, xidməti müqavilələrin, əlavə razılaşmalarının, təhvil-təslim aktlarının və xitamların yazılmasını icra etmək;
Protokolların, arayışların və etibarnamələrin hazırlanması, akt, məktubların yazılması və göndərilən sənədlərin qeydiyyatının aparılması, ünvana çatmasına və icra olunmasına nəzarət etmək;
Tələblər
Təhsil:
Ali təhsil
İş təcrübəsi:
İnsan Resursları üzrə minimum 1-2 il təcrübəsinə malik olmaq (hotel idarəçiliyi və turizm agentliyi)
Bilik və Bacarıqlar:
Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar;
1C, ERP və Visio proqram təminatlarında işləmək bacarığı;
Dil bilikləri:
Azərbaycan dili – sərbəst;
Rus və ya ingilis dili – yaxşı səviyyədə;
İş yeri:
Fəaliyyət ünvanı: Bakı şəhəri, Excelsior Hotel Baku,Curio Collection by Hilton/ The Central Point Hotel Baku
Necə Müraciət Etmək Olar
TABIA Group LLC
Other
TABIA Group LLC Azərbaycanda fəaliyyət göstərən və əsasən tikinti, mühəndislik və layihə idarəetməsi sahələrində ixtisaslaşmış şirkətdir. Şirkət yaşayış və kommersiya obyektlərinin inşası, sənaye və infrastruktur layihələrinin icrası üzrə xidmətlər təqdim edir və müasir tikinti texnologiyalarını tətbiq etməklə keyfiyyətli nəticə əldə etməyi hədəfləyir. TABIA Group fəaliyyətində peşəkar komanda, təhlükəsizlik standartları və vaxtında icra prinsiplərini əsas tutur. Şirkət layihələrin planlaşdırılması, icrası və texniki nəzarəti üzrə kompleks yanaşma tətbiq edərək uzunmüddətli tərəfdaşlıqlar qurmağa və bazarda dayanıqlı mövqe tutmağa fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14278
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000