İnsan Resursları Əməliyyatları və Analitika üzrə Mütəxəssi/Aparıcı Mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 yanvar 2026
Son Tarix: 4 mart 2026
Təsvir
Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişikliklərin ERP sisteminə və elektron portala işlənilməsi;
Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
Əməkdaşlara dair məlumatların toplanması, sistemləşdirilməsi və təhlili;
Analitik arayışlar, təqdimatlar və qərar qəbul etməni dəstəkləyən hesabatların hazırlanması;
Məlumatların vizuallaşdırılması məqsədilə dashboard və qrafik hesabatların hazırlanması (Excel, Power BI və digər müvafiq alətlər vasitəsilə);
Məlumatların düzgünlüyünün, tamlığının və keyfiyyətinin təmin edilməsi;
İnsan resursları proseslərinin avtomatlaşdırılması üçün təklifləri hazırlamaq və icrasında iştirak edilməsi;
İnsan resurslarına dair məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması, müvafiq normativ tələblərə riayət olunması;
Şirkət əməkdaşlarının işdən çıxma prosedurlarının təşkili: İşdən çıxış səbəblərinin araşdırılması (işdən çıxış müsahibənin keçirilməsi), müvafiq şöbənin əməkdaşına yönləndirilməsi, ərizənin alınması, elektron dövlət portalından və daxili sistem üzərindən işçyə xitam verilməsi.
Tələblər
Ali təhsil: Müvafiq ixtisas (İR idarəedilməsi, İdarəetmə) üzrə bakalavr və ya magistr dərəcəsi
İnsan Resursları üzrə azı 3 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı
Kompüter bacarıqları: MS Office, 1C, Power BI proqramlarında yüksək səviyyədə işləmək bacarığı
“MOSE” sertifikatı, İR sahəsində beynəlxalq sertifikatlar, İR proseslərinin avtomatlaşdırılması layihələrində təcrübə olması üstünlükdür
Elektron Hökumət Portalı ilə işləmə bacarığı
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyi yaxşı səviyyədə bilmək
Yüksək ünsiyyət və komandada işləmək bacarığı
Yüksək təqdimat bacarığı
Yüksək analitik düşüncə bacarığı
Necə Müraciət Etmək Olar
PMD Projects MMC
Other
PMD Projects MMC inşaat layihələrinin idarə edilməsi, layihələndirmə, tikinti nəzarəti və müvafiq mühəndislik xidmətləri üzrə fəaliyyət göstərən peşəkar şirkətdir. Şirkət müasir tikinti standartlarına uyğun keyfiyyətli layihələr həyata keçirərək müştərilərə kompleks həllər təqdim edir və tikinti prosesinin bütün mərhələlərində — planlaşdırmadan təhvil-təbliğə qədər yüksək standartlara uyğun xidmət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#6252
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
201-500