Vakansiyanın müddəti başa çatıb
Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.
İnsan Resursları şöbəsinin müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 yanvar 2026
Son Tarix: 4 mart 2026
Təsvir
Şirkətin İnsan Resursları ilə əlaqədar siyasət, prosedur və proseslərin hazırlanması və effektiv tətbiq olunması
Əmək qanunvericiliyi, işgüzar mühit və şirkətin hədəfləri nəzərə alınmaqla tətbiq olunan siyasət və qaydalara yenidən baxılması və onların təkmilləşdirilməsi
İR məlumat bazalarının daim təkmilləşdirilməsi
İşçilərdə İR sahəsinə dair yaranan bütün sorğu və sualların cavablandırılması
Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulunu, vəzifələrinin dəyişdirilməsini, işdən azad edilmələrini təmin etmək
Qanunvericilik və şirkətin daxili qaydalarına müvafiq olaraq işçilərin sığortalanmasını təmin etmək
Şöbənin işi ilə bağlı xidmətlər göstərən şirkətlərlə (sığorta, işə düzəltmə şirkətləri, dövlət orqanları ilə) danışıqların aparılması
İşə qəbul üzrə illik planın rəhbərlər ilə birgə hazırlanması
Yüksək dərəcəli namizədlərin cəlb edilməsi məqsədi ilə, bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesində yaxından iştirak etmək
Əmək münasibətləri zamanı yaranan münaqişələrin və mübahisələrin tənzimlənməsində iştirak etmək
İşçilərin qiymətləndirilməsi prosesinin həyata keçirilməsinə nəzarət etmək
Şöbənin işini təşkil etmək, işçilər arasında iş bölgösünü və işçilərin illik qiymətləndirilməsini təmin etmək
İR ilə bağlı rəhbərliyə hesabatların verilməsi
Şirkətin təlim planının hazırlanması
İlik İnsan resursları büdcəsinin hazırlanması və nəzarət edilməsi
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər
Tələblər
Ali təhsil: Müvafiq ixtisas (İR idarəedilməsi, İdarəetmə) üzrə bakalavr və ya magistr dərəcəsi
İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus dili – arzuolunandır
Kompüter bacarıqları: MS Office proqramları, 1C
İnsan Resursları üzrə beynəlxalq sertifikatın (SHRM, HRCİ,CİPD və.s ) olması üstünlükdür
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli
Yüksək ünsiyyət və idarəetmək bacarığı
Yüksək əsaslandırmaq, mübahisələndirmək və inandırmaq bacarığı
Necə Müraciət Etmək Olar
PMD Projects MMC
Other
PMD Projects MMC inşaat layihələrinin idarə edilməsi, layihələndirmə, tikinti nəzarəti və müvafiq mühəndislik xidmətləri üzrə fəaliyyət göstərən peşəkar şirkətdir. Şirkət müasir tikinti standartlarına uyğun keyfiyyətli layihələr həyata keçirərək müştərilərə kompleks həllər təqdim edir və tikinti prosesinin bütün mərhələlərində — planlaşdırmadan təhvil-təbliğə qədər yüksək standartlara uyğun xidmət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#6253
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500