İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 24 iyun 2026
Təsvir
Ümumi vəzifə öhdəlikləri:
Sosial media kanalları üçün aylıq post planının hazırlanması və icrasına nəzarət;
Sosial media, vebsayt, e-mail və digər rəqəmsal kanallar üçün məzmunun hazırlanması, redaktəsinin təmini;
Xarici və daxili kommunikasiya materialları üçün (broşur, kataloq, təqdimat və s.) məzmunun hazırlanması, təmininə nəzarət;
Layihələr üzrə partnyorlarla (media agentlikləri və s.) əməkdaşlıq;
İctimaiyyətlə əlaqələr (PR) strategiyasının hazırlanması və icrası;
Press-relizlərin, müsahibə mətnlərinin hazırlanması;
Təşkil olunan tədbirlər üçün (təqdimatlar, forumlar, sərgilər və s.) yaradıcı konseptin hazırlanması, mərhələli fəaliyyət planının qurulması və bütün təşkilati proseslərin peşəkar şəkildə icrası;
Keçirilən tədbirlərlə bağlı departamentlərin aiddiyyatı şəxsləri ilə kommunikasiyanın aparılması və proseslərə nəzarət edilməsi;
Rəqiblərin araşdırılması və bazar təhlili əsasında marketinq strategiyasının təkmilləşdirilməsi;
Marketinq layihələrinin uğurlu icrası üçün daxili komanda arasında effektiv kommunikasiya və koordinasiyanın təmin olunması;
Komanda üzvləri arasında tapşırıqların bölüşdürülməsi, prioritetlərin müəyyənləşdirilməsi və proseslərin nəzarətdə saxlanması;
KSM tədbirlərin keçirilməsi, Mərkəzin Cəmiyyətə olan qayğısının təbliğ edilməsi.
Müştəri sorğularının keçirilməsi,
Çağrı mərkəzi fəaliyyətinin təşkili və təmini,
Şöbənin işçi heyətinin idarə edilməsi;
Marketinq üzrə illik planın hazırlanması.
Tələblər
Namizədə qarşı tələblər:
Ali təhsil (Jurnalistika, PR, Marketinq, Kommunikasiya və ya əlaqəli sahələr üzrə);
Müvafiq sahədə minimum 5 il, o cümlədən idarəetmə sahəsində 3 ilədək iş təcrübəsi;
Yüksək səviyyədə yaradıcı yazı bacarığı və mətn redaktəsi təcrübəsi;
Azərbaycan, Rus və İngilis dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
MS Office, Canva, Meta Business Suite, və digər rəqəmsal alətlər üzrə biliklər;
Peşəkar tələblər:
Reklam və kommunikasiya sahəsində qanunvericilik tələblərini bilməsi;
İdarəetmə bacarıqları;
Güclü təşkilatçılıq;
Proses idarəçiliyi bacarığı:
Yaradıcılıq, kreativlik;
Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması.
Necə Müraciət Etmək Olar
Abşeron Logistika Mərkəzi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17504
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə