Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 21 iyun 2026

Təsvir

“Abşeron Logistika” MMC “Mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Bütün şəxslərin (o cümlədən işçilərin) Nəzarət-buraxılış qaydalarına müvafiq olaraq buraxılışını təmin etmək;

  • Giriş-çıxış edənlərin davamiyyət aparatlarından istifadəsini tələb və nəzarət etmək,

  • Müəssisə ətrafını nəzarət altında saxlamaq,  kamera vasitəsilə nəzarəti təmin etmək;

  • Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;

  • İş saatı bitmədən təyin edildiyi iş yerini (postu) tərk etməmək (təlimatda qeyd edilən istisna hallar xaric);

  • Qonaqları qəbul etmək və müvafiq qaydada yönəltmək;

  • Yüklərin, avtomobillə daxil olan şəxslərin əraziyə buraxılışı zamanı müvafiq təlimata əməl etmək və qeydiyyatını təmin etmək,

  • Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək

  • Müəssisə daxili nizam, intizam və etik davranış qaydalarına əməl etmək.

Namizədə qarşı tələblər:

  • Azərbaycan Respublikası vətəndaşı olmalı;

  • Tam orta  və ya Orta ixtisas təhsilli olmalı, Ali təhsil üstünlükdür;

  • Mühafizə sahəsində minimum 1 ilədək iş təcrübəsi olmalı (İş təcrübəsinin artıq olması üstünlükdür);

  • MS Offise – Word və Excel proqramlarından sadə, istifadəçi səviyyəsində bilməli;

  • Azərbaycan dilini sərbəst bilməli;

  • Həqiqi hərbi xidmətini başa vurmuş olmalı;

  • Məhkumluğu olmamalı;

  • Fiziki cəhətdən sağlam olmalı;

  • Boy: minimum 170 sm,

  • Yaş həddi: 24-35 yaş;

Peşəkar tələblər:

  • Mühafizə qaydalarını bilməli;

  • Yanğnsöndürmə, fövqəladə hallar, xilasetmə üzrə təhlükəsizlik qaydaları barədə biliklərə malik olmalı;

  • Nəzakətli və səlist nitq qabiliyyətinə malik olmalı;

  • Yüksək məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı olmalı;

  • Cəld və öyrənməyə açıq olmalı;

Göstərilən tələblərə uyğun namizədlər qeyd olunan linkə keçid edərək karyera portalı üzərindən və ya  CV formalarını **cv@absheronport.az**elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mühafizəçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Abşeron Logistika Mərkəzi

Abşeron Logistika Mərkəzi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17505

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Su maşınının sürücüsü

Tam Ştat

“Abşeron Logistika” MMC  “Su maşınının sürücüsü” vəzifəsi üzrə vakansiya elan edir. Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik. Ümumi vəzifə öhdəlikləri: Təhkim ediləcək su maşınının təhlükəsiz və düzgün idarə olunması; Avtomobilin texniki göstəricilərinə uyğun Mərkəz ərazisində veriləcək tapşırıqların icrası; Avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək; Yanacaq və texniki xidmət qaydalarına riayət etmək; Su sərfiyyatını nəzarətdə saxlamaq və maşının daim su ilə dolu olmasını təmin etmək; Xüsusi təyin edilən ərazilərdə maşın vasitəsi ilə sudan istifadəni təmin etmək. Namizədə qarşı tələblər: Minimum orta təhsili olmalı; “BC” kateqoriyalı sürücülük vəsiqəsi mütləqdir; Ağır texnika və ya yük avtomobili idarə edilməsi üzrə minimum 5 il iş təcrübəsi olmalı (Su maşını, xüsusilə Shacman markalı avtomobili idarə etmək təcrübəsi üstünlükdür); Azərbaycan dilini sərbəst bilməli; Məsuliyyətli, intizamlı və diqqətli olmalı. Komandada işləmək bacarığı olmalı. Peşəkar tələblər: Azərbaycan Respublikasının yol hərəkəti qaydalarını bilməli; Nəqliyyat vasitəsində təhlükəsizlik qaydalarını bilməli; Göstərilən tələblərə uyğun namizədlər qeyd olunan linkə keçid edərək karyera portalı üzərindən və ya  CV formalarını cv@absheronport.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Su maşınının sürücüsü” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri

Tam Ştat

Ümumi vəzifə öhdəlikləri: Sosial media kanalları üçün aylıq post planının hazırlanması və icrasına nəzarət; Sosial media, vebsayt, e-mail və digər rəqəmsal kanallar üçün məzmunun hazırlanması, redaktəsinin təmini; Xarici və daxili kommunikasiya materialları üçün (broşur, kataloq, təqdimat və s.) məzmunun hazırlanması, təmininə nəzarət; Layihələr üzrə partnyorlarla (media agentlikləri və s.) əməkdaşlıq; İctimaiyyətlə əlaqələr (PR) strategiyasının hazırlanması və icrası; Press-relizlərin, müsahibə mətnlərinin hazırlanması; Təşkil olunan tədbirlər üçün (təqdimatlar, forumlar, sərgilər və s.) yaradıcı konseptin hazırlanması, mərhələli fəaliyyət planının qurulması və bütün təşkilati proseslərin peşəkar şəkildə icrası; Keçirilən tədbirlərlə bağlı departamentlərin aiddiyyatı şəxsləri ilə kommunikasiyanın aparılması və proseslərə nəzarət edilməsi; Rəqiblərin araşdırılması və bazar təhlili əsasında marketinq strategiyasının təkmilləşdirilməsi; Marketinq layihələrinin uğurlu icrası üçün daxili komanda arasında effektiv kommunikasiya və koordinasiyanın təmin olunması; Komanda üzvləri arasında tapşırıqların bölüşdürülməsi, prioritetlərin müəyyənləşdirilməsi və proseslərin nəzarətdə saxlanması; KSM tədbirlərin keçirilməsi, Mərkəzin Cəmiyyətə olan qayğısının təbliğ edilməsi. Müştəri sorğularının keçirilməsi, Çağrı mərkəzi fəaliyyətinin təşkili və təmini, Şöbənin işçi heyətinin idarə edilməsi; Marketinq üzrə illik planın hazırlanması.

Yanğın təhlükəsizliyi üzrə rəhbər

Tam Ştat

Ümumi vəzifə öhdəlikləri: Müəssisənin bütün sahələri üzrə yanğın risklərinin qiymətləndirilməsi, mövcud uyğunsuzluqların müəyyənləşdirilməsi və önləyici tədbirlərin icrasını təmin etmək;İstehsalat, İnzibati və texniki sahələri əhatə edən yanğın təhlükəsizliyi siyasətinin hazırlanması və tətbiqini təmin etmək; Yanğın risklərini müəyyən etmək, siqnalizasiya, sprinkler və söndürmə sistemlərinin fasiləsiz işləməsinə nəzarət etmək; Yanğınsöndürmə avadanlıqları və müvafiq təhlükəsizlik vasitələrindən düzgün və effektiv istifadə bacarığı; Yüksək intizam və məsuliyyət nümayiş etdirmək, fövqəladə vəziyyətlərdə çevik və operativ qərarvermə qabiliyyətinə malik olmaq; Yanğın və digər fövqəladə hallar zamanı operativ ilkin müdaxilənin təşkili, yanğının lokallaşdırılması və yayılmasının qarşısının alınması, insanların təhlükəsiz şəkildə təxliyəsinin təmin edilməsi, zərurət yarandıqda xilasedici tədbirlərin həyata keçirilməsi; Təxliyə planlarının hazırlanması və yenilənməsi; Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə koordinasiyalı işləmək; Fövqəladə hadisələr zamanı operativ qərarvermə və hadisənin idarə olunmasını koordinasiya etmək; Yanğın təhlükəsizliyi üzrə aparılan yoxlamalar, aşkarlanmış risklər, görülmüş tədbirlər və fövqəladə hallar üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək. Yanğın təhlükəsizliyi barədə heyətin təlimatlandırılmasını təşkil və təmin etmək. Fəaliyyəti və görülmüş tədbirlər, risklər barədə birbaşa rəhbərinə hesabat vermək.