Ana Səhifə
Vakansiyalar

Yanğın təhlükəsizliyi üzrə rəhbər

Yanğın təhlükəsizliyi üzrə rəhbər

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 18 iyun 2026

Təsvir

Ümumi vəzifə öhdəlikləri:

  • Müəssisənin bütün sahələri üzrə yanğın risklərinin qiymətləndirilməsi, mövcud uyğunsuzluqların müəyyənləşdirilməsi və önləyici tədbirlərin icrasını təmin etmək;İstehsalat, İnzibati və texniki sahələri əhatə edən yanğın təhlükəsizliyi siyasətinin hazırlanması və tətbiqini təmin etmək;

  • Yanğın risklərini müəyyən etmək, siqnalizasiya, sprinkler və söndürmə sistemlərinin fasiləsiz işləməsinə nəzarət etmək;

  • Yanğınsöndürmə avadanlıqları və müvafiq təhlükəsizlik vasitələrindən düzgün və effektiv istifadə bacarığı;

  • Yüksək intizam və məsuliyyət nümayiş etdirmək, fövqəladə vəziyyətlərdə çevik və operativ qərarvermə qabiliyyətinə malik olmaq;

  • Yanğın və digər fövqəladə hallar zamanı operativ ilkin müdaxilənin təşkili, yanğının lokallaşdırılması və yayılmasının qarşısının alınması, insanların təhlükəsiz şəkildə təxliyəsinin təmin edilməsi, zərurət yarandıqda xilasedici tədbirlərin həyata keçirilməsi;

  • Təxliyə planlarının hazırlanması və yenilənməsi;

  • Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə koordinasiyalı işləmək;

  • Fövqəladə hadisələr zamanı operativ qərarvermə və hadisənin idarə olunmasını koordinasiya etmək;

  • Yanğın təhlükəsizliyi üzrə aparılan yoxlamalar, aşkarlanmış risklər, görülmüş tədbirlər və fövqəladə hallar üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

  • Yanğın təhlükəsizliyi barədə heyətin təlimatlandırılmasını təşkil və təmin etmək.

  • Fəaliyyəti və görülmüş tədbirlər, risklər barədə birbaşa rəhbərinə hesabat vermək.

Tələblər

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Yanğın təhlükəsizliyi, Texniki təhlükəsizlik, Mülki müdafiə və s)

  • Müvafiq sahədə minimum 10 ilədək iş təcrübəsi, o cümlədən Yanğınsöndürmə sahəsində və ya peşəkar yanğınsöndürmə komandasında minimum 7 il iş təcrübəsi.

  • Azərbaycan dilini sərbəst bilmək, rus dilini bilmək üstünlükdür;

  • Kompyuter bilikləri: MS Office proqramları ilə sərbəst işləmə bacarığı.

Peşəkarlıq tələbləri:

  • Azərbaycan Respublikasının yanğın təhlükəsizliyi qaydaları və normativ sənədləri üzrə biliklər;

  • Yanğın təhlükəsizliyi qaydaları üzrə beynəlxalq standartlar üzrə biliklər;

  • Fövqəladə hallara hazırlıq məqsədi ilə təlim və təxliyyə məşqlərinin təşkil edilməsi bacarıqları;

  • Müvafiq yanğnsöndürmə, fövqəladə hallar, xilasetmə və ilkin tibbi yardım üzrə sertifikatların olması,

  • Sənayee müəssisələri, zavodlar, istehsalat sahələıri, anbar kompleksləri, enerji obyektləri və digər riskli obyektlərlə iş bacarıqlarının olması üstünlükdür;

  • Təhlükəsizlik sistemləri və risk idarəetməsi üzrə biliklər;

  • Yanğın təhlükəsizliyi sistemləri və avadanlıqları üzrə texniki biliklər;

  • Liderlik və komanda idarəetmə bacarıqları;

  • Fövqəladə halların idarə olunması və təhlükəsizlik standartları üzrə məlumatlılıq;

  • Yüksək məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı.

Necə Müraciət Etmək Olar

Abşeron Logistika Mərkəzi

Abşeron Logistika Mərkəzi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16588

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Risklərə nəzarət və monitorinq meneceri

Tam Ştat

Ümumi vəzifə öhdəlikləri: Struktur vahidləri üzrə sənədlərin yoxlanması, mütəmadi risklərin təhlili və monitorinqinin təmin edilməsi; Maliyyə, mühasibatlıq sahəsi üzrə əməliyyatların yoxlanılması, sənədlərin proqram təminatı məlumatları ilə üzləşdirilməsi, təhlili və hesabatların hazırlanması; Sənədləşmə və maliyyə proseslərinin yoxlanılması, risklərin rəhlili və hesabatların hazırlanması; Məlumatların analitik təhlili və hesabatın hazırlanması; Proseslərin təhlili, təkliflərin verilməsi; Ehtiyatlardan istifadənin səmərəliliyini, düzgünlüyünü və onların istifadəsinə nəzarətin qiymətləndirilməsi; Yoxlamalar zamanı aşkar edilmiş nöqsan və boşluqlarla bağlı tövsiyələr vermək və nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqinin koordinasiya edilməsi; Yoxlamalar zamanı şirkətin fəaliyyətinə və ya maraqlarına risk yaradan / ziyan vuran şəraitin mövcudluğunu, baş vermiş və ya baş verməsi ehtimal olunan pozuntuları müəyyən etmək; Aparılmış yoxlamarın nəticələrinə dair hesabatlar hazırlayıb və çatışmazlıqların aradan qaldırılması üçün təkliflər vermək; İdarəetmə orqanlarının qərarvermə prosesini dəstəkləyən və müşayiət edən hesabatların hazırlanması; Monitorinq və təhlil nəticələrini struktur vahidi rəhbərləri ilə müzakirə etmək, aradan qaldırılmasını izləmək və birbaşa rəhbərinə hesabat vermək.

Təhlükəsizlik üzrə menecer

Tam Ştat

“Abşeron Logistika” MMC  “Təhlükəsizlik üzrə menecer” vəzifəsi üzrə vakansiya elan edir. Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik. Ümumi vəzifə öhdəlikləri: Mərkəzdə təhlükəsizlik üzrə məsələləri idarə və nəzarət etmək; Nəzarət buraxılış məntəqələrinin işini qurmaq və idarə etmək; Mərkəzin yanğından mühafizə sistemlərini daim nəzarətdə saxlamaq; Mərkəzin ərazisində olan anbarlar, inzibati, texniki, xidməti binalarına, nəqliyyat vasitələrinin, texnikaları, mal-materialların mühafizəsini işini qurmaq, idarə və nəzarət etmək; Təhlükəsizlik siyasət və prosedurlarını hazırlanmaq və tətbiq etmək; Mühafizə heyətinin idarə olunması, iş qrafiklərinin tərtibi və fəaliyyətinə nəzarət; Ofislərdə və ya ərazidə baş vermiş hadisələr barədə şöbə müdirinə məlumat və hesabat vermək. Namizədə qarşı tələblər: Ali təhsil (İdarəetmə və digər sahələrdə üstünlükdür); Müvafiq sahədə minimum 10 ilədək iş təcrübəsi; Hərbi sahədə rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür; Azərbaycan dilini sərbəst bilmək, rus dili biliyi üstünlükdür; Kompyuter bilikləri: MS Office proqramları ilə sərbəst işləmə bacarığı; Peşəkarlıq tələbləri: Təhlükəsizlik sistemləri və risk idarəetməsi üzrə biliklər; Liderlik və komanda idarəetmə bacarıqları; Analitik düşünmə və problem həll etmə qabiliyyəti; Fövqəladə halların idarə olunması və təhlükəsizlik standartları üzrə məlumatlılıq; Yüksək məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı. Göstərilən tələblərə uyğun namizədlər qeyd olunan linkə keçid edərək karyera portalımız üzərindən və ya  CV formalarını cv@absheronport.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təhlükəsizlik üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.