Təhlükəsizlik üzrə menecer
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 23 may 2026
Təsvir
“Abşeron Logistika” MMC “Təhlükəsizlik üzrə menecer” vəzifəsi üzrə vakansiya elan edir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
Mərkəzdə təhlükəsizlik üzrə məsələləri idarə və nəzarət etmək;
Nəzarət buraxılış məntəqələrinin işini qurmaq və idarə etmək;
Mərkəzin yanğından mühafizə sistemlərini daim nəzarətdə saxlamaq;
Mərkəzin ərazisində olan anbarlar, inzibati, texniki, xidməti binalarına, nəqliyyat vasitələrinin, texnikaları, mal-materialların mühafizəsini işini qurmaq, idarə və nəzarət etmək;
Təhlükəsizlik siyasət və prosedurlarını hazırlanmaq və tətbiq etmək;
Mühafizə heyətinin idarə olunması, iş qrafiklərinin tərtibi və fəaliyyətinə nəzarət;
Ofislərdə və ya ərazidə baş vermiş hadisələr barədə şöbə müdirinə məlumat və hesabat vermək.
Namizədə qarşı tələblər:
Ali təhsil (İdarəetmə və digər sahələrdə üstünlükdür);
Müvafiq sahədə minimum 10 ilədək iş təcrübəsi;
Hərbi sahədə rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür;
Azərbaycan dilini sərbəst bilmək, rus dili biliyi üstünlükdür;
Kompyuter bilikləri: MS Office proqramları ilə sərbəst işləmə bacarığı;
Peşəkarlıq tələbləri:
Təhlükəsizlik sistemləri və risk idarəetməsi üzrə biliklər;
Liderlik və komanda idarəetmə bacarıqları;
Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
Fövqəladə halların idarə olunması və təhlükəsizlik standartları üzrə məlumatlılıq;
Yüksək məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı.
Göstərilən tələblərə uyğun namizədlər qeyd olunan linkə keçid edərək karyera portalımız üzərindən və ya CV formalarını cv@absheronport.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təhlükəsizlik üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Abşeron Logistika Mərkəzi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14309
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer