Kiçik daxili auditor

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 3 may 2026

Təsvir

“Abşeron Logistika” MMC  “Kiçik daxili auditor” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Audit layihəsi üzrə müəyyən edilmiş prosedurların həyata keçirilməsi;

  • Məlumatların toplanması, sənədləşdirilməsi və təhlilinin həyata keçirilməsi;

  • Audit plan və proqramlarına uyğun olaraq audit prosedurlarının hazırlanmasında iştirak;

  • Məlumatları və əlavə sənədləri araşdıraraq daxili nəzarət mexanizmlərinin yoxlanılması;

  • Audit layihələrinə dair müvafiq hesabatların hazırlanmasında iştirak etmək;

  • Audit sənədlərinin qorunub saxlanmasının təmini;

  • Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqların həyata keçirilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, audit və s.);

  • Maliyyə, mühasibatlıq və audit sahəsində 1 ilədək iş təcrübəsi üstünlükdür;

  • Beynəlxalq peşəkar sertifikatlara (ACCA MA, FA) malik olmaq;

  • Dil bilikləri: Mükəmməl səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis dili;

  • Komputer bilikləri: MS Office proqramlarında (Word, Excel, Outlook) yaxşı səviyyədə işləmə bacarığı

  • Peşəkarlıq tələbləri:

  • Analitik düşünmə və analiz qabiliyyətinin olması;

  • Öyrənmək, öyrətmək bacarıqları;

  • Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;

  • İşgüzar, səlis və aydın danışıq qabiliyyətinin olması

  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalımız üzərindən və ya  CV formalarını qeyd olunan elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kiçik daxili auditor” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)

Necə Müraciət Etmək Olar

Abşeron Logistika Mərkəzi

Abşeron Logistika Mərkəzi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12417

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Elektrik montyoru

Tam Ştat

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik. Ümumi vəzifə öhdəlikləri: Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xəttlərinə nəzarət etmək; Elektrik enerjisinin istehsal ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək monitorinq etmək; Qəza və imtinaların (sıradan çıxma hallarının) təhlilində iştirak etmək; Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, qrafiklər, diaqramlar, sxemlər və digər məlumatları hazırlamaq. Energetika, elektrik sistemi problemlərini, bu sahədə sahəsində yaranmış nasazlıqları aradan qaldırmaq, təmir etmək; Elektrik, yanğın təhlükəsiliyi qaydalarını bilmək, riayət etmək və işçi heyətindən tələb etmək; Elektrik avadanlıqlarındakı nasazlıqları aradan qaldırılmaq; Namizədə qarşı tələblər: Ali və ya orta ixtisas təhsili (Elektrik, Elektroenergetika  sahəsində); Elektrik, energetika  sahəsində (yüksək və / və ya alçaq gərginliklə iş)  minimum 2 il iş təcrübəsi; Elektrik şəbəkələri, avadanlıqlarla iş təcrübəsi; Azərbaycan dili mükəmməl, rus dil i arzuolunandır; Yaş həddi: 25 - 45 yaş; Peşəkarlıq tələbləri: Elektrik şəbəkələri, elektrik avadanlıqları ilə iş, təmir etmək bacarıqı; Dövrə sxemlərini oxuma bacarığı; Elektrik çertyojlarını oxuma bacarığı; Kompüter diaqnostikasını bilməsi; Elektrik avadanlıqlarının istismar qaydalarını bilməsi; Elektriklə bağlı təmir və quraşdırma işlərini bilməsi; Dəqiqlik, məsuliyyət. Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalımız üzərindən və ya CV formalarını göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. CV-lərin qəbulu üçün son tarix 01.05.2026-cı il tarixidir. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Elektrik montyoru” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər.