Vakansiyanın müddəti başa çatıb
Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.
Hüquqşünas
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 7 fevral 2026
Son Tarix: 27 fevral 2026
Təsvir
Hüquqşünas şirkətin hüquqi təhlükəsizliyini təmin edir, müqavilə və prosesləri qanunvericiliyə uyğun şəkildə idarə edir.
Müxtəlif müqavilə, saziş və hüquqi sənədlərin hazırlanması, təhlili və danışıqlarda iştirak.
Konkret hüquqi məsələlərlə bağlı tədqiqat aparmaq, sənədlər hazırlamaq və analiz etmək.
Şirkəti dövlət və qeyri-dövlət qurumlarında, məhkəmə və notariat orqanlarında təmsil etmək.
Dövlət və özəl qurumlara göndərilən məktubları, müraciətləri hazırlamaq.
İddia ərizələri, şikayətlər və etirazların hazırlanması və aidiyyəti instansiyalara göndərilməsi.
Məhkəmə və inzibati icraat proseslərini izləmək və vaxtında prosessual tədbirləri yerinə yetirmək.
Şirkətin təşkilati-hüquqi forması, yenidən təşkili və qeydiyyat dəyişiklikləri ilə bağlı hüquqi dəstək göstərmək.
Qanunvericilikdəki dəyişiklikləri izləmək və şirkətə vaxtında məlumat vermək.
Strukturlardan daxil olan hüquqi sorğuları cavablandırmaq və müvafiq hüquqi rəylər hazırlamaq.
Rəhbərliyin verdiyi əlavə tapşırıqları icra etmək.
Şirkətdaxili etik standartlara, siyasət və prosedurlara, o cümlədən SƏTƏM və antikorrupsiya/komplayens qaydalarına riayət etmək.
Tələblər
Hüquq üzrə bakalavr təhsili (hüquq üzrə magistr təhsilinin olması əlavə üstünlükdür).
Minimum 2 il iş təcrübəsi.
Azərbaycan dilində mükəmməl, ingilis dilində yaxşı dil bacarıqları (rus dili biliyi arzuolunandır)
MS Office (Outlook, Word, Excel, PPT)
Korporativ, müqavilələr, inzibati, mülki, cinayət və prosessual hüquq üzrə biliklər.
Yaxşı yazılı və şifahi ünsiyyət bacarıqları.
Vaxtın səmərəli idarə edilməsi və analitik düşünmə.
Komanda işi bacarıqları.
Hüquqi problemlərin araşdırılması və effektiv həlli bacarığı.
Necə Müraciət Etmək Olar
Agrotrade Supply MMC
Other
AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#7514
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+