Ana Səhifə
Vakansiyalar

Nəzarətçi (Xırdalan)

Nəzarətçi (Xırdalan)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 22 mart 2026

Son Tarix: 17 aprel 2026

Təsvir

Nəzarətçi zavod ərazisində təhlükəsizliyin təmin olunması, giriş-çıxış nəzarəti, qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edir. Növbə zamanı obyektdəki bağlayıcı qurğuların, yanğın inventarlarının, siqnalizasiya və rabitə vasitələrinin işlək vəziyyətdə olmasını yoxlayır. Giriş və çıxış zamanı şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin sənədlər əsasında yoxlanılmasını və qeydiyyatını aparır.

Vəzifə öhdəlikləri

  • Nəzarət-buraxılış sistemini peşəkar şəkildə idarə etmək

  • Ərazisini nəzarətdə saxlamaq

  • Təhkim olunduğu ərazidə təhlükəsizlik və daxili intizam qaydalarının təmin olunmasına nəzarət etmək

  • Qonaqların, işçi heyətin və nəqliyyat vasitələrinin giriş-çıxışını qeydiyyata almaq və müvafiq jurnallarda qeydlər aparmaq

  • Təhlükəsizlik kameraları vasitəsilə müşahidə aparmaq və şübhəli hallara operativ müdaxilə etmək

  • Fövqəladə hallarda rəhbərliyi dərhal məlumatlandırmaq və ilkin tədbirləri görmək

  • Daxili təlimatlara və etik qaydalara uyğun şəkildə xidmət göstərmək

İş şəraiti

  • İş rejimi: Növbəli ( 2 gün iş 2 gün istirahət)

  • Nahar şirkət hesabına

  • Bakı və Sumqayıt şəhərlərindən servis xidməti

  • Əmək haqqı: 540 Fix maaş + Əlavələr

  • İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)

Tələblər

  • Fiziki cəhətdən sağlam və gümrah

  • Həqiqi hərbi xidmət keçmiş

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

  • Ən azı orta təhsil (peşə, kollec təhsili üstünlükdür)

  • Səlist nitq və ünsiyyət bacarığı

  • Təhlükəsizlik sahəsində etik davranış və yüksək intizamlı yanaşma

  • Müvafiq təhlükəsizlik texnikası və protokolları üzrə məlumatlılıq

Necə Müraciət Etmək Olar

Agrotrade Supply MMC

Agrotrade Supply MMC

Other

AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11579

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Avtomatika mühəndisi (Ağdaş)

Tam Ştat

Avtomatika mühəndisi istehsalatda və digər sahələrdə avtomatlaşdırma sistemlərinin layihələndirilməsi, quraşdırılması və istismarı işlərinin icrası. Əsas vəzifə və öhdəliklər: İstehsalat proseslərinin avtomatlaşdırılması üzrə layihələrin hazırlanması və tətbiqi; PLC(Schneider,Siemens ), SCADA və digər idarəetmə sistemlərinin proqramlaşdırılması və sazlanması; Sahədə avtomatik idarəetmə sistemlərinin, sensorların, invertorların və istehsal avadanlıqlarının düzgün işləməsininin təmin edilməsi; Sensor, ötürücü, rele və digər avtomatika avadanlıqlarının seçilməsi və tətbiqi; Elektrik sxemlərinin oxunması və tərtib edilməsi; Avadanlıqların quraşdırılması, istismara verilməsi və texniki xidmətinin təşkili; Nasazlıqların diaqnostikası və aradan qaldırılması; Texniki sənədlərin hazırlanması (sxemlər, hesabatlar, təlimatlar); Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət; Yeni texnologiyaların tətbiqi və mövcud sistemlərin təkmilləşdirilməsi; Bütün komanda üzvləri üçün təhlükəsiz və sağlam iş yerinin yaradılmasını təşviq edən SƏTƏM qaydalarına ciddi riayət olunmasını təmin edilməsi; Rəhbərinə avadanlıqlardakı dəyişikliklər, nasazlıqlar və təmir ehtiyacları barədə hesabat vermə; Tabeçiliyində olan avadanlıq və qurğuların ehtiyat hissələrinin hesabatını rəhbərliyə təqsdim edilməsi. İş yeri: Ağdaş rayonu Requirements Mühəndislik üzrə ali təhsil; Avtomatika sistemləri üzrə ən azı 5 il iş təcrübəsi; Avtomatika normativləri və qaydaları haqqında dərin biliklər; Elektrik və elektronika əsasları üzrə biliklər; AutoCAD, SCADA, MS Office və digər müvafiq proqramlardan istifadə bacarığı; Yeni invertorların və digər nəzarət modullarının qurlaşdırılması bacarığı; PLC proqramlaşdırma dilləri (Ladder, FBD və s.); Şəxsi avtomobil olması üstünlükdür. (Məcburi deyil); Xidməti zərurətlə əlaqədar Bakı şəhərinə və regionlara ezam olunmaq imkanı; İT- biliklərinin olması üstünlükdür. İmtiyazlar Tibbi sığorta Nahar təminatı Dəyərlisən” PASHA loyality proqramına üzvlük Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.