Ana Səhifə
Vakansiyalar

İstehsalat üzrə operator (Cəlilabad)

İstehsalat üzrə operator (Cəlilabad)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 3 may 2026

Təsvir

İstehsalat operatoru un zavodunda taxılın təmizlənməsi, üyüdülməsi və un istehsalı prosesində avadanlıqları idarə edir, prosesin fasiləsiz və keyfiyyətli aparılmasına nəzarət edir, texniki göstəricilərə uyğunluğunu təmin edir və təhlükəsizlik qaydalarına əməl edir.

-         Taxılın təmizlənməsi, üyüdülməsi və un istehsalı prosesində istifadə olunan avadanlıqları (məs: valslar, ələk sistemləri, nasoslar və s.) işə salmaq və idarə etmək.

-         İstehsalat prosesinin texnoloji qaydalara uyğun aparılmasına nəzarət etmək.

-         Hazır məhsulun keyfiyyətinə nəzarət etmək, kənarlaşmaları aşkarladıqda dərhal müdaxilə etmək.

-         İstehsalat zamanı istifadə olunan xammal və yarımfabrikatların miqdar və keyfiyyət göstəricilərini izləmək.

-         Avadanlıqların texniki vəziyyətini yoxlamaq, nasazlıq olduqda rəhbərliyə məlumat vermək.

-         Gündəlik iş hesabatlarını aparmaq və məsul şəxslərə təqdim etmək.

-         Əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, təmizlik və sanitariya normalarını qorumaq.

Tələblər

Təhsil: Orta və ya peşə təhsili (Texniki təhsili olanlara üstünlük verilir).

Təcrübə: İstehsalat sahəsində ən azı 1 il iş təcrübəsi (Təcrübəsiz namizədlər üçün öyrədilmə imkanı mövcuddur).

Fiziki göstəricilər: Ayaqüstü iş rejiminə və fiziki gərginliyə dözümlülük.

Zəruri Bacarıqlar:

  • Müxtəlif texniki cihaz və qurğularla işləmək qabiliyyəti.

  • Yüksək diqqətlilik və operativ qərar vermə bacarığı.

  • Kollektivlə işləmə və komanda ruhu.

Necə Müraciət Etmək Olar

Agrotrade Supply MMC

Agrotrade Supply MMC

Other

AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12423

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Nəzarətçi (Xırdalan)

Tam Ştat

Nəzarətçi zavod ərazisində təhlükəsizliyin təmin olunması, giriş-çıxış nəzarəti, qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edir. Növbə zamanı obyektdəki bağlayıcı qurğuların, yanğın inventarlarının, siqnalizasiya və rabitə vasitələrinin işlək vəziyyətdə olmasını yoxlayır. Giriş və çıxış zamanı şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin sənədlər əsasında yoxlanılmasını və qeydiyyatını aparır. Vəzifə öhdəlikləri Nəzarət-buraxılış sistemini peşəkar şəkildə idarə etmək Ərazisini nəzarətdə saxlamaq Təhkim olunduğu ərazidə təhlükəsizlik və daxili intizam qaydalarının təmin olunmasına nəzarət etmək Qonaqların, işçi heyətin və nəqliyyat vasitələrinin giriş-çıxışını qeydiyyata almaq və müvafiq jurnallarda qeydlər aparmaq Təhlükəsizlik kameraları vasitəsilə müşahidə aparmaq və şübhəli hallara operativ müdaxilə etmək Fövqəladə hallarda rəhbərliyi dərhal məlumatlandırmaq və ilkin tədbirləri görmək Daxili təlimatlara və etik qaydalara uyğun şəkildə xidmət göstərmək İş şəraiti İş rejimi: Növbəli ( 2 gün iş 2 gün istirahət) Nahar şirkət hesabına Bakı və Sumqayıt şəhərlərindən servis xidməti Əmək haqqı: 540 Fix maaş + Əlavələr İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)