Hostess (Hill restoranında)
Tam Ştat
Orta Səviyyə
800 AZN-dən
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 12 mart 2026
Təsvir
“AZERA Holding” MMC tərkibindəki Hill restoranında Hostess vakansiyasını elan edir.
İş haqqında məlumat:
Restorana daxil olan müştəriləri qarşılamaq, salamlamaq (1-3 dəqiqə);
Müştərilərdə restoran barədə ilkin xoş təəssürat yaratmaq;
Müştərilərin üst geyimlərinin qarderoba verilməsini təşkil etmək;
Müştərilərə az yaşlı uşaqlar üçün dayə xidməti təklif etmək, qəbul edilərsə bu xidməti təşkil etmək;
Müştəriləri rezervasiya olunmuş masalara yönəltmək və ya rezervasiya olmadan gələn qonaqların boş masaya yerləşdirilməsi üçün tədbir görmək;
Qonaqların istək və şikayətləri ilə maraqlanmaq, restoran rəhbərini və administratorları bu barədə məlumatlandırmaq;
Rezervasiya olunmuş və boş masaların yeri barədə əvvəlcədən məlumat almaq;
Restoran rəhbərinə qonaqların sayı, rezervasiya olunmuş yerlərin doluluğu və əlavə müştərilər barədə gündəlik, ehtiyac olduqda dərhal məlumat vermək;
Restorandan çıxan qonaqların üst geyimlərinin verilməsinin və yola salınmasını təmin etmək;
Təkrar və xüsusi müştəriləri tanımaq və onlara xüsusi diqqət göstərmək;
Müəyyən olunmuş müddətdə iş yerində olmaq;
Tələblər
Orta ixtisas və ya ali təhsil (Xidmət, turizm, menecment sahəsi olması üstünlükdür)
Minimum 1 il müştəri xidməti sahəsində iş təcrübəsi
Azərbaycan dili səlis, rus və ingilis dilləri üstünlükdür.
Hostess xanımlar incə bədən quruluşlu boyu 165 sm-dən çox, yüksək ünsiyyət bacarığına malik olmalıdır.
Qadın/ən yüksək yaş həddi tələbi 40 yaş
İş şərtləri:
ƏM-nə uyğun rəsmiləşdirilmə
6 günlük iş qrafiki (08:00-16:00)
Əmək haqqı: 800 AZN (Nett)
Müraciət üçün: CV-nizi “Hostess” mövzusu, şirkətin adı qeyd olunmaqla göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur .
Necə Müraciət Etmək Olar
Azera Holding
Finance
Azera Holding Azərbaycanda fəaliyyət göstərən, özəl sektorda 20 ilə yaxın təcrübəyə malik şirkətlər qrupudur. Holdinq fəaliyyətində innovativ yanaşmaları önə çəkir və yerli brendlərin həm ölkədaxili inkişafına, həm də MDB və Avropa bazarlarında tanınmasına töhfə verməyi hədəfləyir. Holdinqin tərkibinə müxtəlif sahələri əhatə edən 30-a yaxın şirkət daxildir. Bu istiqamətlərə səhiyyə, kənd təsərrüfatı, iaşə xidmətləri, kosmetologiya, qida və təhlükəsizlik sahələri daxildir. Azera Holding eyni zamanda yeni iş yerlərinin yaradılması və yerli kadr potensialının gücləndirilməsi kimi mövzulara fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#8338
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+