Administrator, hostes

Aparıcı şirkətlərdən 9 iş imkanı kəşf edin

Hostess

CHINAR Restoranı

Tam Ştat
Orta Səviyyə

Əsas öhdəliklər: Qonaqları səmimiyyətlə qarşılamaq, mehriban və qonaqpərvər atmosferi təmin etmək; Rezervasiyaları idarə etmək, qonaqlardan xüsusi istəklərinin olub-olmaması haqqında məlumat almaq, rezervasiyalarla bağlı restoranın xidmət və mətbəx heyətinə vaxtında məlumat bildirmək; Böyük qruplar və ya xüsusi tədbirlər üçün rezervasiyaların planlaşdırılmasını və təşkilini təmin etmək, Qonaqları masalara yönləndirmək, onlara menyular, xüsusi təkliflər və ya menyu dəyişiklikləri barədə məlumatlar təqdim etmək; Qida və içki menyularını dəqiq bilmək, ehtiyac halında qonaqlara bununla bağlı əhatəli məlumat vermək; Qonaqların qida və xidmətdən məmnunluğunu ölçmək məqsədi ilə onlarla ünsiyyət qurmaq, şikayətləri idarə etmək və problemləri vaxtında və peşəkar şəkildə həll etmək; Vəzifə üzrə əsas tələblər: Müvafiq sahədə 2-3 il iş təcrübəsi; Əla ünsiyyət qurma və güclü təşkilatçılıq bacarığı; Dinləmə mədəniyyəti, etik davranış qaydalarına sahib olmaq; Komandada işləmək bacarığı; Gülərüz, peşəkar görünüş və davranış nümayiş etdirmək; Rus və ingilis dili biliklərinin olması; CV-lər qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. E-mail göndərilərkən mövzu hissəsində **“Hostess”**qeyd olunmalıdır. Göndərilmiş CV-lərdə namizədlərin şəklinin olması arzuolunandır. Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.