Hostess
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 21 aprel 2026
Təsvir
Əsas öhdəliklər:
Qonaqları səmimiyyətlə qarşılamaq, mehriban və qonaqpərvər atmosferi təmin etmək;
Rezervasiyaları idarə etmək, qonaqlardan xüsusi istəklərinin olub-olmaması haqqında məlumat almaq, rezervasiyalarla bağlı restoranın xidmət və mətbəx heyətinə vaxtında məlumat bildirmək;
Böyük qruplar və ya xüsusi tədbirlər üçün rezervasiyaların planlaşdırılmasını və təşkilini təmin etmək,
Qonaqları masalara yönləndirmək, onlara menyular, xüsusi təkliflər və ya menyu dəyişiklikləri barədə məlumatlar təqdim etmək;
Qida və içki menyularını dəqiq bilmək, ehtiyac halında qonaqlara bununla bağlı əhatəli məlumat vermək;
Qonaqların qida və xidmətdən məmnunluğunu ölçmək məqsədi ilə onlarla ünsiyyət qurmaq, şikayətləri idarə etmək və problemləri vaxtında və peşəkar şəkildə həll etmək;
Vəzifə üzrə əsas tələblər:
Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
Əla ünsiyyət qurma və güclü təşkilatçılıq bacarığı;
Dinləmə mədəniyyəti, etik davranış qaydalarına sahib olmaq;
Komandada işləmək bacarığı;
Gülərüz, peşəkar görünüş və davranış nümayiş etdirmək;
Rus və ingilis dili biliklərinin olması;
CV-lər qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. E-mail göndərilərkən mövzu hissəsində **“Hostess”**qeyd olunmalıdır.
Göndərilmiş CV-lərdə namizədlərin şəklinin olması arzuolunandır.
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
CHINAR Restoranı
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13206
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə