Hissəvi ödəniş müraciətləri üzrə inzibatçı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 19 mart 2026
Təsvir
Kredit sorğuların cavablandırılması;
Kreditor tərəfindən göndərilən müştəriyə aid məlumatların yoxlanılması (iş yeri, AKB);
Sorğuya əsasən sistemdə mövcud olmayan məhsul adının yaradılması;
120% kampaniyasının yoxlanılması və təsdiq edilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş rejimi: 3 gün iş, 1 gün istirahət; növbəli iş qrafiki: 09:00-18:00 / 13:00-22:00;
Əmək haqqı: 570 AZN
Tələblər
Ali təhsil;
Azərbaycan dili biliyi (Rus dili biliyi arzuolunandır);
Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı arzuolunandır;
Stresə davamlılıq, məsuliyyətlilik.
Necə Müraciət Etmək Olar
Kontakt Home
Retail
Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#9324
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+