Gözətçi Koordinatoru
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 3 iyun 2026
Təsvir
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Gözətçi Koordinatoruvakansiyasını paylaşır.
İş şəraiti:
Məkan: Xankəndi şəhəri
İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Cümə)
Tələblər
Ali və ya orta ixtisas təhsilinə malik olmaq
Hərbi xidməti başa vurmuş və ya hərbi xidmətə yararlı olmaq
Boy hündürlüyünün minimum 175 sm olması və yaş həddinin 25-35 aralığında olması
Gözətçi Koordinatoru və ya Mühafizə Rəisi kimi minimum 2 illik iş təcrübəsinə malik olmaq
“Mühafizə xidməti haqqında” qanunvericilik və təhlükəsizlik prosedurları üzrə biliklərə malik olmaq
Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və fövqəladə hallar üzrə təlim və sertifikatlara malik olmaq
İlk tibbi yardım (First Aid / CPR) üzrə sertifikata malik olmaq
CCTV müşahidə sistemləri və giriş-çıxış nəzarət sistemləri üzrə işləmək bacarığına malik olmaq
Komanda idarəetmə bacarıqlarına malik olmaq
Operativ qərarvermə, hesabat hazırlama və nəzarət bacarıqlarına malik olmaq
Şagirdlər, valideynlər, əməkdaşlar və ziyarətçilərlə effektiv ünsiyyət qurmaq bacarığına malik olmaq
Azərbaycan dilini yaxşı səviyyədə bilmək, əlavə dil biliklərinin olması üstünlük hesab olunur
Kompüter biliklərinə və Microsoft Office proqramlarından istifadə bacarığına malik olmaq
Öhdəliklər:
Növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və digər bağlayıcı qurğuların, damğaların, yanğına qarşı inventarın, siqnalizasiya sisteminin, telefonun sazlığının, işıqlandırma və istilik sisteminin vəziyyətinə nəzarət etmək
Obyektin təhvil alınması zamanı sındırılmış qapı, pəncərə, qıfıl, damğa və möhürlərin olmaması kimi nasazlıqlar aşkar edildikdə, bu barədə birbaşa rəhbərinə, rəhbərliyin nümayəndəsinə və polis şöbəsinin növbətçisinə məlumat vermək, polis nümayəndəsi gələnədək obyektin mühafizəsini təmin etmək
Obyektdə yanğın baş verdikdə həyəcan siqnalının verilməsinə, yanğınsöndürmə xidməti və polis şöbəsinin növbətçisinin məlumatlandırılmasına, həmçinin yanğının söndürülməsi üçün ilkin tədbirlərin görülməsinə nəzarət etmək
Giriş-çıxış sahəsinin lazımi sanitariya vəziyyətində saxlanılmasına nəzarət etmək
Kompleksə aid məktub və sənədləri qəbul etmək, bu barədə rəhbərliyi məlumatlandırmaq və aidiyyəti üzrə təhvil vermək
Gözətçilik fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirmək.
Biz təklif edirik:
Rəqabətədavamlı xalis əməkhaqqı
Məktəbin yeməkxanasında nahar imkanı
Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, qeyd olunan elektron poçt ünvanına CV formalarını “Gözətçi Koordinatoru, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.
Necə Müraciət Etmək Olar
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Education
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycanda fəaliyyət göstərən nüfuzlu özəl təhsil müəssisələrindən biridir və şagirdlərə müasir, beynəlxalq standartlara uyğun təhsil təqdim edir. Kompleks məktəbəqədər hazırlıqdan başlayaraq ümumi orta və tam orta təhsil pillələrini əhatə edir və tədris prosesində innovativ metodlardan, müasir texnologiyalardan və çoxdilli yanaşmadan istifadə edir. Təhsil kompleksi fəaliyyətində keyfiyyətli təhsil, vətənpərvərlik, intellektual inkişaf və fərdi yanaşma prinsiplərini əsas tutur. Burada şagirdlərin akademik bilikləri ilə yanaşı yaradıcı düşünmə, liderlik və sosial bacarıqlarının inkişafına da xüsusi önəm verilir. Müasir infrastruktur, peşəkar müəllim heyəti və beynəlxalq yönümlü proqramlar sayəsində kompleks ölkənin qabaqcıl təhsil müəssisələrindən biri kimi tanınır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17949
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
201-500