Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 3 iyun 2026

Təsvir

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Gözətçivakansiyasını paylaşır.

Vakansiya sayı: 3

İş şəraiti:

  • Məkan: Xankəndi şəhəri

  • İş qrafiki: 12 saatlıq növbəli iş qrafiki

Tələblər

  • Ali təhsil və ya orta təhsilə malik olmaq

  • Boy hündürlüyünün minimum 175 sm olması və yaş həddinin 22-30 aralığında olması

  • Hərbi xidməti başa vurmuş və ya hərbi xidmətə yararlı olmaq

  • Müvafiq sahə üzrə 1-3 illik iş təcrübəsinə malik olmaq

  • Azərbaycan dilini yaxşı səviyyədə bilmək.

  • Şagirdlər, valideynlər və məktəb heyəti ilə effektiv ünsiyyət qurma bacarığna malik olmaq

Öhdəliklər:

  • Obyektdə qıfıl, bağlayıcı qurğular, yanğına qarşı inventar və digər texniki avadanlıqların işlək vəziyyətdə olmasına nəzarət etmək.

  • Qəza hallarında (sındırılmış qapı, pəncərə, qıfıl və ya möhürlər) rəhbərliyə, polisə məlumat vermək və hadisə yerini qorumaq.

  • Giriş-çıxış sahələrinin təmizliyini və sanitariya qaydalarına riayət etmək.

  • İcazə verilmiş şəxslərin buraxılışına nəzarət etmək.

  • Məktəbə aid məktub və sənədlərin qəbuluna nəzarət etmək və rəhbərliyə məlumat vermək.

  • Digər gözətçilik vəzifələrini yerinə yetirilmək.

Biz təklif edirik:

  • Rəqabətədavamlı xalis əməkhaqqı

  • Məktəbin yeməkxanasında nahar imkanı

  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, qeyd olunan elektron poçt ünvanına CV formalarını “Gözətçi, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.

Necə Müraciət Etmək Olar

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Education

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Azərbaycanda fəaliyyət göstərən nüfuzlu özəl təhsil müəssisələrindən biridir və şagirdlərə müasir, beynəlxalq standartlara uyğun təhsil təqdim edir. Kompleks məktəbəqədər hazırlıqdan başlayaraq ümumi orta və tam orta təhsil pillələrini əhatə edir və tədris prosesində innovativ metodlardan, müasir texnologiyalardan və çoxdilli yanaşmadan istifadə edir. Təhsil kompleksi fəaliyyətində keyfiyyətli təhsil, vətənpərvərlik, intellektual inkişaf və fərdi yanaşma prinsiplərini əsas tutur. Burada şagirdlərin akademik bilikləri ilə yanaşı yaradıcı düşünmə, liderlik və sosial bacarıqlarının inkişafına da xüsusi önəm verilir. Müasir infrastruktur, peşəkar müəllim heyəti və beynəlxalq yönümlü proqramlar sayəsində kompleks ölkənin qabaqcıl təhsil müəssisələrindən biri kimi tanınır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17948

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

201-500

Bu Şirkətdən Daha Çox Vakansiya