Gəncə BHL/Uçuşların elektrik-işıq texniki təminatı xidməti üzrə texnik
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 13 aprel 2026
Təsvir
Dizel-generatorlarının məsafədən idarə olunan obyektlərində aşağı gərginlikli bölüşdürücü və işıq texnikası avadanlıqlarının texniki istismarını təmin edir;
Uçuşların işıq texnikası vasitələrinə texniki xidmət göstərir, onların təmiri, sazlanması və nizama salınması işlərini həyata keçirir;
Əmək məhsuldarlığının artırılması, xərclərin azaldılması və qabaqcıl texniki və təşkilati metodların tətbiqi istiqamətində tədbirlərdə iştirak edir;
İşıq texnikası avadanlıqlarının, ehtiyat hissələrinin, istismar materiallarının və elektrik enerjisinin səmərəli istifadəsinə nəzarət edir;
Müvafiq texniki və hesabat sənədlərini tərtib edir və rəsmiləşdirir.
Tələblər
Peşə təhsil;
Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
Qərarvermə və problem həll etmə bacarıqları
Yüksək öyrənmə qabiliyyəti və davamlı inkişafa açıqlıq
Dəyişikliklərə tez uyğunlaşmaq bacarığı
Komandada effektiv işləmək bacarığı
İş qrafiki: Növbəli
İş yeri: Gəncə Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12468
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+