Ana Səhifə
Vakansiyalar
Kənd Təsərrüfatı
Aqronom

Fermerlər üzrə operator (Zərdab)

Fermerlər üzrə operator (Zərdab)

Manufacturing

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 may 2026

Son Tarix: 11 iyun 2026

Təsvir

  • Fəaliyyəti həyata keçirmək üçün fermerdən və ya rəhbərlikdən müvafiq informasiyanı əldə etmək və təşkilati prosedurlara müvafiq olaraq daxil ediləcək məlumatları emal etmək;

  • Verilənləri daxil etməmişdən öncə onları toplamaq, çeşidləmək və düzgünlüyünü təsdiqləmək;

  • Əməliyyat sənədlərini və müştəri anketlərinə dair məlumatları sistemə köçürmək, daxil etmək və təsdiqləmək;

  • Daxil edilmiş verilənlərin tamlığını və düzgünlüyünü yoxlamaq, daxil edilmiş verilənləri mənbə sənədi ilə müqayisə etmək və səhvləri düzəltmək;

  • Məlumatların düzgünlüyünü təmin etdikdən sonra onları kompüterin yaddaşında saxlamaq və arxiv şöbəsinə göndərmək üçün hazırlamaq;

  • Müəyyən olunmuş təhlükəsizlik prosedurlarına əsasən məlumatlar bazasını yeniləmək, sistemə köçürmək, daxil etmək və təsdiqləmək;

  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər

  • Təhsil: Ali

  • Təcrübə: 1 il

  • Dil Bilikləri: Azərbaycan, İngilis dili –arzu olunan, Rus dili-arzu olunan

  • Kompyuter bilikləri: Windows Əməliyyat sistemi\MS Office proqramları bilikləri

  • Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları

  • Gərgin iş qrafikində işləmək və vaxtında tapşırıqları yerinə yetirmək bacarığı

  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı

  • İstifadəsində olan ofis avadanlıqlarının təyinatını, texniki tələblərini, xüsusiyyətlərini, istifadə qaydalarını bilməli

  • Müasir məlumat emalı təcrübəsi və prosedurları haqqında biliklər

  • İş funksiyalarına uyğun olaraq tətbiqi proqramların istifadəsini bilmək

  • Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli

Necə Müraciət Etmək Olar

Prime Cotton

Prime Cotton

Manufacturing

Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16426

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Traktorçu (Beyləqan filialı)

Tam Ştat

Traktor idarə etmə hüququ verən vəsiqəni, traktor idarə etmək hüququ verən etibarnaməni və ya yol vərəqəsini iş zamanı üzərində saxlamalıdır; Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlamalıdır; Traktorda aşkar olunmuş texniki nasazlıqların aradan qaldırılmasında iştirak etməlidir; İşdən əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlamalıdır; İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidir; Texnoloji rejim normalarına, texnoloji reqlament və təlimatlara ciddi riayət etməlidir; Zavod rəhbərliyinin göstərişlərini operativ şəkildə yerinə yetirməlidir; Traktorda kənar şəxslərin olmasına yol verməməlidir; Traktora yükləmə işi aparılarkən təhlükəsizlik qaydalarına riayət etməli, traktorun mövcud yükqaldırma qabiliyyətindən artıq yüklənməsinə yol verməməlidir; Traktoru idarə edən zaman sürət həddinə ciddi riayət etməlidir; Traktorla aqrotexniki işlər apararkən tələb olunan bütün qayda və normativlərə ciddi riayət etməlidir; Traktora, onun qoşqusuna və ya lafetinə adam mindirmək, həmçinin lafetdən insanların daşınması üçün istifadə etmək qəti qadağandır; Dərman səpən qurğularda dərman hazırlanması yalnız ərazi nümayəndəsinin iştirakı ilə həyata keçirilməli, münasib FMV-dən (Fərdi Mühafizə Vasitələri) istifadə edilməlidir. HSE/02/054 “Traktorçu üçün əməyin mühafizəsi təlimatı”nda bildirilən təhlükəsizlik qaydalarına riayət edilməlidir; Tələb olunduqda kombayn və digər xüsusi texnikaların (bunun üçün müvafiq hüquq və səlahiyyəti olduğu təqdirdə) idarə edilməsini həyata keçirməlidir; Kombayn və ya xüsusi texnika ilə aqrotexniki və digər (texnikanın spesifikasiyasına uyğun) işləri yerinə yetirməlidir.

Nəqliyyat qaynaqçısı (Zərdab filialı)

Tam Ştat

İşə başlamazdan əvvəl müvafiq təlimatlarla tanış olmaq, qaynaq aparatlarının, aqreqatların sazlığını və qaynaq məftillərinin izolyasiyasını yoxlamaq. Elektrik və qaz qaynaq aparatlarını işə hazır vəziyyətə gətirmək və təhlükəsiz istifadəsini təmin etmək. Kənd təsərrüfatı texnikalarının, qoşquların, avadanlıqların və müxtəlif metal konstruksiyaların qaynaq işlərini yerinə yetirmək. Günlük iş planına və qaynaq prosedurlarına uyğun olaraq qaynaq işlərini həyata keçirmək və görülən işin keyfiyyətinə nəzarət etmək. Tələbdən asılı olaraq müxtəlif qaynaq üsullarından istifadə etməyi bacarmaq və ehtiyac olduqda növbəli iş rejimində çalışmaq. Qaynaq işlərinin ardıcıllığını planlaşdırmaq, istifadə olunacaq materialların ölçü, növ və sayını müəyyənləşdirərək uyğunluğunu yoxlamaq. İş üçün lazım olan alət və avadanlıqların nasazlıqlarını və istismar qüsurlarını müəyyən etmək. İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək və qabaqlayıcı tədbirlər görmək. İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və materialları uzaqlaşdırmaq, təhlükəsiz iş şəraiti yaratmaq. İşləri plana uyğun şəkildə digər əməkdaşlarla koordinasiyalı şəkildə həyata keçirmək. Avadanlıqları kənar təsirlərdən qorumaq üçün təhlükəsiz şəraitdə saxlamaq və düzgün yerləşdirmək. İş sahəsini tullantılardan təmizləmək, iş mühitinin təmiz və təhlükəsiz saxlanmasını təmin etmək. İş vaxtının sonunda elektrik cərəyanına qoşulan bütün avadanlıqları söndürmək və iş yerini qaydaya salmaq. Görülən işlər barədə rəhbərliyə hesabat vermək, daxili prosedur, təlimat və qaydalara riayət etmək. Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

Nəqliyyat çilingəri (Ağcabədi)

Tam Ştat

İşə başlamazdan əvvəl müvafiq təlimatlarla tanış olmaq və təmir prosesinə hazırlaşmaq. Kənd təsərrüfatı texnikalarında yoxlama aparmaq, nasazlıqları aşkar edib aradan qaldırmaq. Texnikalara müəyyən edilmiş intervallarda mütəmadi texniki baxış keçirmək və təhlükəsiz istismarı təmin etmək. Gündəlik istifadə olunan nəqliyyat vasitələrini yoxlamaq və lazım olan təmir işlərini yerinə yetirmək. Təmir işlərini planlı şəkildə təşkil etmək və istifadə olunacaq alət-avadanlıqların saz vəziyyətini yoxlamaq. Qüsurlu, köhnəlmiş və ya təhlükəli hissələri vaxtında dəyişdirmək, təmir etmək və ya bərkitmək. Mexaniki hissələrin sökülməsi, yoxlanılması və texniki vəziyyətinin qiymətləndirilməsini həyata keçirmək. Lazım olduqda yoxlama cihazlarından istifadə edərək texnikanın texniki vəziyyətini müəyyənləşdirmək. Texnikaların düzgün işləməsi üçün təmizləmə, yağlama və bərkitmə işlərini aparmaq. İş sahəsini təmiz və təhlükəsiz saxlamaq, tullantıları müəssisə qaydalarına uyğun şəkildə uzaqlaşdırmaq. Qurğu, alət və avadanlıqları düzgün saxlamaq və yerləşdirmək. Müəssisədaxili prosedur, təlimat və qaydalara riayət etmək, rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək. Fərdi mühafizə vasitələrindən — maska, əlcək, qoruyucu eynək, qulaqcıq, çəkmə və xüsusi geyimdən istifadə etmək. İş yerində təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, təhlükəli halları dərhal rəhbərliyə bildirmək. Kimyəvi maddələrlə işləyərkən xüsusi təhlükəsizlik tədbirlərinə riayət etmək, ətraf mühiti qorumaq və SƏTƏM təlimlərində iştirak edib bilikləri tətbiq etmək.