Ana Səhifə
Vakansiyalar
Turizm, Otel və Restoran
Aşpaz, çörəkçi, şirniyyatçı

Emporium Café (Sea Breeze)-Chef de Partie (Bölmə Aşpazı)

Emporium Café (Sea Breeze)-Chef de Partie (Bölmə Aşpazı)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 20 may 2026

Təsvir

İş Yeri: FBCO LLC

Lokasiya: Bakı, Azərbaycan

Vəzifənin təsviri

  • Chef de Partie (CDP) vəzifəsinin məqsədi, mətbəx stansiyasının effektiv və yüksək keyfiyyətlə işləməsini təmin etmək, aşpaz heyətini idarə edərək məhsulun keyfiyyətini və təqdimatını qorumaq, həmçinin sanitariya və təhlükəsizlik prosedurlarına riayət etməkdir. Vəzifə, həmçinin yeni menyu elementlərinin yaradılmasında və mətbəx heyətinin inkişafında aktiv rol oynamağı hədəfləyir.* Stansiyanın bütün əməliyyatlarına rəhbərlik etmək – hazırlıqdan başlayaraq servisə qədər tam məsuliyyət daşımaq.

  • Demi Chef və Commis üzərində rəhbərlik etmək, onların peşəkar inkişafını təmin etmək və təlimlər keçmək.

  • Gündəlik və həftəlik hazırlıq siyahılarını tərtib etmək və onların vaxtında yerinə yetirilməsini təmin etmək.

  • Məhsulun keyfiyyətinə və görünüşünə nəzarət; porsiyaların düzgünlüyü, stansiya (isti və ya soyuq, anbar və ya soyuq otaq) yarımfabrikat və hazır məhsulların düzgünlüyünü təmin etmək.

  • Hazırlıq planlamasını Sous Chef ilə əməkdaşlıq edərək həyata keçirmək və təchizat ehtiyaclarını düzgün şəkildə bildirmək.

  • Mətbəx heyətinin peşəkar inkişafını dəstəkləmək və təcrübə mübadiləsi aparmaq.

  • Mətbəxdə səmərəli və koordinasiyalı əməliyyat axınını yaratmaq

  • Yeni menyu elementlərinin yaradılmasında və test mərhələsində aktiv iştirak etmək

  • Sanitar, təhlükəsizlik və HACCP prosedurlarının icrasına birbaşa nəzarət etmək

  • İşin gedişatına uyğun olaraq, zərurət yarandıqda əməkdaşın Emporium Café-nin digər filiallarında da çalışması nəzərdə tutulur.

​​​​​​​Tələblər

  • Orta və ya ali təhsil

  • Minimum 3–5 il A’la carte təcrübə və komandaya liderlik təcrübəsi

  • Fine Dining və/ya Set Menü bilikləri, müasir texnikalara açıq yanaşma.

  • Kreativ düşüncə və məhsul təqdimatına estetik yanaşma.

  • Təşkilatçılıq və məsuliyyət hissi yüksək səviyyədə.

  • Komandanın bir hissəsi kimi düşünmək və performansa töhfə vermək.

Əlavə imkanlar:

  • Rəsmi əmək müqaviləsi

  • Nahar ilə təmin olunma

  • Nəqliyyat xərcinin qarşılanması

  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları

  • Müasir və rahat iş mühiti

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14950

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya