Ana Səhifə
Vakansiyalar
İnsan Resursları (HR)
İşə qəbul (Talent Acquisition)

Əmək münasibətlərinin və HR əməliyyatlarının idarə edilməsi üzrə mütəxəssis

Əmək münasibətlərinin və HR əməliyyatlarının idarə edilməsi üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 yanvar 2026

Son Tarix: 8 mart 2026

Təsvir

  • Ezam prosesi ilə bağlı əməliyyatların icra edilməsi;

  • Əməliyyatların qeydiyyatının aparılıdığı məlumat bazalarına məlumatların daxil edilməsi və mütəmadi olaraq yenilənməsi;

  • Kollektiv müqavilənin bəndlərindən irəli gələn işlərin icrası (sertifikat ödənişləri, maddi yardım və s.);

  • Elektron sənəd dövriyyəsində (ESD) məktubların daxil edilməsi, cavablandırılması və mütamadi olaraq izlənilməsi;

  • Arxivləşmə prosesinin icrası;

  • Agentlikdaxili istifadə olunan informasiya sitemlərində sorğuların yaradılması, məlumatların daxil edilməsi və tapşırıqların icrası;

  • ERP sistemində müvafiq əməliyyatların aparılması (əməkhaqqı məlumatları istisna olmaqla);

  • Hesabatların hazırlanması (Excel-də);

  • Təqdimatların hazırlanması (Canva, Power Point və digər alternativ proqramlarda);

  • Bilavasitə rəhbəri tərəfindən fəaliyyət istiqaməti üzrə verilən digər tapşırıqların icrası.

Tələblər

  • Ali (Baklavr/magistr) təhsil;

  • İnsan Resurlarının idarə edilməsi sahəsində ən azı 2 illik təcrübəsinə malik olmaq;

  • Əmək qanunvericiliyi ilə bağlı biliklərə malik olmaq;

  • Azərbaycan dilini mükəmməl, ingilis dilini işgüzar səviyyədə bilmək. Rus dili arzuolunandır;

  • Ünsiyyətqurma bacarıqları;

  • Vahid komanda ilə işləmək qabiliyyəti;

  • Konfliktlərin idarəedilməsi bacarığı;

  • Yenilikçi və inkişafa açıqlıq;

  • Analitik düşüncə;

  • Agentlik daxilində tətbiq olunan informasiya sistemlərindən istifadə etmə bacarığı.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#6457

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Məhsul sahibi (Product Owner)

Tam Ştat

Məhsulun vizyonunun və dəyər təklifinin formalaşdırılması, strategiyasının təşkilatın ümumi hədəfləri ilə uyğunlaşdırılmasının təmin edilməsi və nəticələrə görə başlanğıcdan sona qədər məsuliyyətin daşınması; Maraqlı tərəflər, komanda və e-hökumət ekosistemi ilə davamlı əməkdaşlığın qurulması, vətəndaş-mərkəzli və həll-yönümlü yanaşmanın təmin edilməsi; Dizayn və inkişaf prosesində istifadəçi-mərkəzli yanaşmanın tətbiq edilməsi, istifadəçi araşdırmalarının və istifadə rahatlığı testlərinin təşkili, qərarların məlumat və nəticələrə əsaslandırılmasının təmin edilməsi; Biznes tələblərinin istifadəçi hekayələrinə və qəbul meyarlarına çevrilməsi, backlog-un prioritetləşdirilməsi və buraxılış planlamasının həyata keçirilməsi; Məhsulun rəqəmsal strategiyalara, normativ aktlara və daxili qaydalara uyğunluğunun təmin edilməsi, milli rəqəmsal strategiyalar və e-hökumət çərçivələri üzrə biliklərin tətbiq edilməsi; Dəyərin maksimumlaşdırılması məqsədilə həcm və ardıcıllıq balansının qurulması, zəruri kompromis qərarlarının qəbul edilməsi; Çoxfunksiyalı komandaların cəlb olunduğu mürəkkəb təşəbbüslərin idarə edilməsi, liderlik və əməkdaşlıq mühitinin formalaşdırılması, qeyri-müəyyən şəraitdə struktur və inam mühitinin yaradılması; Yenilikçi və analitik düşüncə tərzinin tətbiq edilməsi, dəyişikliklərin təşviq edilməsi, empatik və daxili motivasiyaya əsaslanan yanaşmanın nümayiş etdirilməsi.