Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 22 may 2026
Təsvir
PAŞA Property Management “Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
Bütün əmək haqqı hesablanması əməliyyatlarının təyin olunmuş işçilər qrupu üzrə dəqiq və vaxtında işlənməsini təmin etmək üçün iş axınının idarə olunması;
Təsdiqlənmiş iş vaxtı cədvəllərinin nəzərdən keçirilməsi və dəqiqliyinin təmin edilməsi;
İşçilərin əmək haqqı hesablanmasının qanun və qaydalara uyğun olmasını təmin etmək;
Qanunvericiliyin tələbinə əsasən əmək haqqı tutulmaları, maaş avanslarının və digər kəsintilərin tətbiqin və ona nəzarəti təmin etmək;
İşçilərə dair məlumatların ( iş qrafiki, iş vaxtından artıq iş saatları, məzuniyyət balansı, ştat cədvəli və sairəyə dair təfsilatlı hesabatların hazırlanması/paylaşılması daxil olmaqla) biznes tərəfdaş komandası, maliyyə komandası və iş cədvəllərinə nəzarətçilər arasında axınına və koordinasiyasına nəzarət etmək və məsul olmaq;
İşçilərin sorğuları əsasında illik əmək haqqı arayışlarının hazırlanması;
Müvafiq şöbələrə İR-ə dair hesabatlar üçün, əmək haqqı, şirkət büdcəsi və xərcləri barədə məlumatların hazırlanması;
Əmək haqqı və iş vaxtı cədvəlinin auditi fəaliyyətinin aparılmasına köməklik etmək;
İşçilərin əmək haqqı sorğularının vaxtında cavablandırılması;
İşçilərə bank hesabı və əmək haqqı kartlarının verilməsini təmin etmək;
Sosial müavinətlər ilə bağlı DSMF-yə müraciət etmək;
Həyat Sığortası və Həyatın Yığım Sığorta Planı təminatçıları və işçiləri arasında əlaqələndirici şəxs kimi fəaliyyət göstərmək.
Tələblər
Ali təhsil (uyğun sahələr üzrə);
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
Əmək qanunvericiliyi və əmək haqqı hesablanması üzrə mövcud qaydalar haqqında biliklər;
HRIS proqram təminatları ilə işləmək bacarığı (SAP üzrə biliklər üstünlükdür);
MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
Power BI proqramı üzrə biliklər – üstünlükdür;
Azərbaycan dilində səlis, İngilis dili biliyi – üstünlükdür;
Rəqəmlərlə işləmə, analitik düşünmə və detallara diqqətlilik.
Necə Müraciət Etmək Olar
PASHA Property Management
Other
PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14695
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
501-1000