Ana Səhifə
Vakansiyalar

İT İdarəetmə, Risk və Uyğunluq Mütəxəssisi (IT GRC Specialist)

İT İdarəetmə, Risk və Uyğunluq Mütəxəssisi (IT GRC Specialist)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 aprel 2026

Son Tarix: 17 may 2026

Təsvir

PAŞA Property Management “İT İdarəetmə, Risk və Uyğunluq Mütəxəssisi (IT GRC Specialist)" vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

  • İT idarəetmə çərçivələrinin, siyasət və prosedurlarının tətbiqinə dəstək olmaq;

  • İT risklərini müəyyən etmək, qiymətləndirmək və izləmək;

  • Daxili siyasətlərə, qanunvericiliyə və standartlara (COBIT, ISO 27001, ITIL və s.) uyğunluğa nəzarət etmək;

  • Daxili və xarici İT auditlərində iştirak etmək və audit nəticələri üzrə tədbirləri izləmək;

  • İT risk reyestrlərini, nəzarət mexanizmlərini və sənədləşməni aparmaq;

  • Hesabatların hazırlanması və davamlı təkmilləşdirmə proseslərinə dəstək vermək.

Tələblər

  • İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə ali təhsil;

  • IT GRC, IT risk, uyğunluq və ya IT audit sahəsində 2–4 il iş təcrübəsi;

  • İT idarəetmə və risk idarəetmə çərçivələri üzrə biliklər;

  • Analitik düşünmə, sənədləşmə və ünsiyyət bacarıqları.

Necə Müraciət Etmək Olar

PASHA Property Management

PASHA Property Management

Other

PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14255

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

İstismar xidmətləri üzrə nəzarətçi

Tam Ştat

PAŞA Property Management “İstismar xidmətləri üzrə nəzarətçi” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Texniki xidmət qrupunun gündəlik əməliyyatlarına nəzarət etmək və iş prosesini təşkil etmək; Sistem və avadanlıqları qiymətləndirərək tələb olunan texniki xidmət və təmir işlərini müəyyən etmək; İş prioritetlərini planlaşdırmaq və tapşırıqları komanda üzvlərinin bilik və bacarıqlarına uyğun şəkildə bölüşdürmək; Bina sistemlərinin mütəmadi monitorinqini aparmaq və iş planlarını formalaşdırmaq; Baxım və təmir işlərinin təhlükəsizlik qaydalarına uyğun, effektiv və vaxtında icrasını təmin etmək; Komanda üzvlərinin yerinə yetirdiyi işlərin keyfiyyətinə nəzarət etmək; İstifadə olunan materialların, ehtiyat hissələrinin və digər resursların uçotunu aparmaq; İşçi heyətin iş vaxtına nəzarət etmək və hesabatlılığı təmin etmək; Departamentin büdcəsinin planlaşdırılmasına və təmir layihələrinin xərclərinin optimallaşdırılmasına dəstək olmaq; Təhlükəsizlik standartlarının tətbiqinə nəzarət etmək və müvafiq təlimlərin təşkilində iştirak etmək; Texniki İstismar Qrupunun Rəhbəri ilə sıx əməkdaşlıq etmək və mütəmadi hesabatlar təqdim etmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.