İstismar xidmətləri üzrə nəzarətçi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
PAŞA Property Management “İstismar xidmətləri üzrə nəzarətçi” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
Texniki xidmət qrupunun gündəlik əməliyyatlarına nəzarət etmək və iş prosesini təşkil etmək;
Sistem və avadanlıqları qiymətləndirərək tələb olunan texniki xidmət və təmir işlərini müəyyən etmək;
İş prioritetlərini planlaşdırmaq və tapşırıqları komanda üzvlərinin bilik və bacarıqlarına uyğun şəkildə bölüşdürmək;
Bina sistemlərinin mütəmadi monitorinqini aparmaq və iş planlarını formalaşdırmaq;
Baxım və təmir işlərinin təhlükəsizlik qaydalarına uyğun, effektiv və vaxtında icrasını təmin etmək;
Komanda üzvlərinin yerinə yetirdiyi işlərin keyfiyyətinə nəzarət etmək;
İstifadə olunan materialların, ehtiyat hissələrinin və digər resursların uçotunu aparmaq;
İşçi heyətin iş vaxtına nəzarət etmək və hesabatlılığı təmin etmək;
Departamentin büdcəsinin planlaşdırılmasına və təmir layihələrinin xərclərinin optimallaşdırılmasına dəstək olmaq;
Təhlükəsizlik standartlarının tətbiqinə nəzarət etmək və müvafiq təlimlərin təşkilində iştirak etmək;
Texniki İstismar Qrupunun Rəhbəri ilə sıx əməkdaşlıq etmək və mütəmadi hesabatlar təqdim etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
Ali təhsil (mühəndislik, texniki ixtisaslar üzrə üstünlük verilir);
Texniki xidmət, istismar və ya təmir sahəsində minimum 2–3 il iş təcrübəsi;
Bina idarəetmə sistemləri (HVAC, elektrik, mexaniki sistemlər və s.) üzrə biliklər;
MS Office proqramları ilə işləmə bacarığı;
Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və nəticəyönümlülük.
Necə Müraciət Etmək Olar
PASHA Property Management
Other
PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13372
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000