Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Xadimə / təmizlik

Təmizlik xidmətləri üzrə nəzarətçi (xanım namizədlər)

Təmizlik xidmətləri üzrə nəzarətçi (xanım namizədlər)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 7 aprel 2026

Son Tarix: 6 may 2026

Təsvir

PAŞA Property Management “Təmizlik xidmətləri üzrə nəzarətçi (xanım namizədlər)” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

  • Təmizlik heyətinin fəaliyyətinə nəzarət və koordinasiya: tapşırıqların bölgüsü, təlimlərin keçirilməsi və iş keyfiyyətinin qiymətləndirilməsi yolu ilə müəyyən edilmiş standartların təmin edilməsi.

  • Əmlakın bütün sahələri üzrə mütəmadi yoxlamaların aparılması, təmizlik və gigiyena standartlarına uyğunluğun təmin edilməsi.

  • Əməkdaşlarla birbaşa ünsiyyətin qurulması, onlara metodiki dəstəyin göstərilməsi və görülən işlər üzrə geribildirimlərin verilməsi.

  • Təmizlik ləvazimatları və avadanlıqlarının ehtiyatlarının izlənilməsi, vaxtında təminatın təşkili və yenilənməsinin koordinasiyası.

  • Təmizliklə bağlı yaranan problem və iradların operativ və effektiv şəkildə aradan qaldırılması.

  • Təmizlik işlərinə dair sənədləşmənin aparılması, o cümlədən iş qrafikləri, yoxlama hesabatları və əməkdaşların fəaliyyət qiymətləndirmələrinin qeydiyyatı.

  • Texniki xidmət və əmlakın idarə edilməsi şöbələri ilə əməkdaşlıq edərək təmizlik işlərinin koordinasiyası və xüsusi tələblərin icrası.

  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi, təmizlik heyəti üçün təhlükəsiz iş mühitinin yaradılması.

Tələblər

  • Təmizlik və ya hospitality sahəsində 3-4 il iş təcrübəsi;

  • Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;

  • Təmizlik texnologiyaları, vasitələri və avadanlıqları üzrə biliklər;

  • Azərbaycan dilində yaxşı şifahi və yazılı ünsiyyət bacarığı, ingilis və rus dili biliyi üstünlükdür;

  • Kimyəvi maddələr, təmizləyici materiallar və s. yüksək səviyyədə biliklərə sahib olmaq;

  • MS Office və təmizlik idarəetmə proqramları üzrə bacarıqlar (üstünlükdür).

Necə Müraciət Etmək Olar

PASHA Property Management

PASHA Property Management

Other

PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12987

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Qəbul otağının işçisi (Receptionist)

Tam Ştat

PAŞA Property Management “Qəbul otağının işçisi (Receptionist)” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Hər zaman müstəsna müştəri xidmətlərini təmin etmək; Layihənin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq; Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək; Müştərilər və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və xoş iş münasibətlərini qoruyub saxlamaq; Bütün müştəriləri və qonaqları qarşılamaq və salamlamaq, zərurət yarandıqda onlara kömək etmək; İtən və tapılan əşyalar haqqında xəbər vermək; Telefon zənglərini nəzakətli və mehriban şəkildə cavablandırmaq və yönləndirmək; Ziyarətçiləri müsbət, səmimi və mehriban şəkildə qarşılamaq və onların suallarını cavablandırmaq; Standart ofis avadanlıqlarını, surət çıxaran maşın və kompüteri müntəzəm olaraq idarə etmək; Ziyarətçilərin müraciətlərinin və qəbul edilən zənglərin ətraflı və dəqiq qeydlərini aparmaq; Çatdırılmaları qəbul etmək; daxil olan məktubları çeşidləmək və paylamaq; Zəruri hallarda nişanları vermək, yoxlamaq, toplamaq və ziyarətçi qeydlərini saxlamaqla iş yerinin təhlükəsizliyinin qorunmasına köməklik etmək; Müştərilər tərəfindən tələb edilən digər müvafiq xidmətləri təşkil etmək; Rəhbər tərəfindən tapşırılan müvafiq işləri yerinə yetirmək.