Qəbul otağının işçisi (Receptionist)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 2 may 2026
Təsvir
PAŞA Property Management “Qəbul otağının işçisi (Receptionist)” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
Hər zaman müstəsna müştəri xidmətlərini təmin etmək;
Layihənin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq;
Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək;
Müştərilər və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və xoş iş münasibətlərini qoruyub saxlamaq;
Bütün müştəriləri və qonaqları qarşılamaq və salamlamaq, zərurət yarandıqda onlara kömək etmək;
İtən və tapılan əşyalar haqqında xəbər vermək;
Telefon zənglərini nəzakətli və mehriban şəkildə cavablandırmaq və yönləndirmək;
Ziyarətçiləri müsbət, səmimi və mehriban şəkildə qarşılamaq və onların suallarını cavablandırmaq;
Standart ofis avadanlıqlarını, surət çıxaran maşın və kompüteri müntəzəm olaraq idarə etmək;
Ziyarətçilərin müraciətlərinin və qəbul edilən zənglərin ətraflı və dəqiq qeydlərini aparmaq;
Çatdırılmaları qəbul etmək; daxil olan məktubları çeşidləmək və paylamaq;
Zəruri hallarda nişanları vermək, yoxlamaq, toplamaq və ziyarətçi qeydlərini saxlamaqla iş yerinin təhlükəsizliyinin qorunmasına köməklik etmək;
Müştərilər tərəfindən tələb edilən digər müvafiq xidmətləri təşkil etmək;
Rəhbər tərəfindən tapşırılan müvafiq işləri yerinə yetirmək.
Tələblər
Rus və ingilis dili biliyi vacibdir;
İşində cəld və məsuliyyətli olmaq;
Yüksək səviyyədə problem həll etmə və analiz bacarıqları;
Komanda ilə işləmə bacarığı;
Qeyd: İş qrafiki növbəlidir.
Necə Müraciət Etmək Olar
PASHA Property Management
Other
PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#12683
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000