Elektromexanik (Balaxanı ərazisi)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 10 fevral 2026

Son Tarix: 11 mart 2026

Təsvir

  • 380V/220V sənaye elektrik sistemləri ;

  • Kontaktör, rele, termik, avtomat, sensor və sürücü (inverter) sistemi;

  • Elektromexaniki sxemlərin oxunması və diaqnostika;

  • Servo motor, step motor və encoder sistemlərini anlama;

  • Pnevmatik silindrlər, ventillər, hava xətti sistemləri;

  • Hidravlik yağ stansiyası, pompa, təzyiq ölçmə və sızma nəzarəti;

  • Konveyer sistemləri;

  • Kəsmə bıçaqları, frez alətləri, pres mexanizmləri;

  • Profil bükmə və ölçmə modullarının mexaniki quruluşu;

  • İş təhlükəsizliyi: Elektrik təhlükəsizlik qaydaları (PPE, lock-out/tag-out)

  • Komanda ilə işləmək və operativ təmir bacarığı;

  • Çevik iş rejiminə uyğunlaşma (gecə növbəsi / təcili çağırışlar ola bilər);

  • Gündəlik, həftəlik və aylıq servis planı tərtibi;

  • Yağlama, təmizləmə, bolt/sıxac yoxlamaları;

  • Elektrik qısaqapanma və ya kabellərdə qırılma tapmaq;

  • Sensor nasazlıqlarını aşkarlamaq;

  • PLC və servo sürücülərdə “fault code” oxumaq və aradan qaldırmaq

  • Kəsim bıçağı, ölçü xətti, pres gücü, lazer xətt sensorlarının kalibrlənməsi;

  • Bystronic lazer kəsim maşınlarında fokus/optika tənzimləməsi (əgər istifadə olunursa);

Tələblər

  • Təhsil: Orta/Ali;

  • Yaş həddi: 25-50;

  • Təcrübə: Minimum 2–3 il sənaye avadanlıqlarında elektromexanik kimi təcrübə, CNC tipli maşınlarla işləmə təcrübəsi üstünlükdür (Bystronic və ya Heğla CNC-ləri kimi);

  • Dil bilikləri: Azərbaycan dili və texniki ingilis dili — manual və fault kodlarını oxumaq üçün;

  • Profil kəsim, deşmə, yığma xətti maşınlarına dair anlayış;

İş şəraiti:

  • İş yeri: Bakı Alüminium Profillər Zavodu (Balaxanı ərazisi);

  • İş qrafiki: 6 gün, saat 08:00-17:00, 6-cı gün qısa iş günü;

  • İstirahət: Bazar günü.

Biz nə təklif edirik:

  • Qidalanma şirkət tərəfindən təmin edilir;

  • Nəqliyyat şirkət tərəfin təmin edilir;

  • Rəqabətli əmək haqqı.

Necə Müraciət Etmək Olar

Mətanət A Şirkətlər Qrupu

Mətanət A Şirkətlər Qrupu

Manufacturing

2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8199

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya