Elektrik mühəndisi (Balakən)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 aprel 2026
Son Tarix: 29 aprel 2026
Təsvir
Elektrik sistemlərinin texniki sazlığının təmin olunması, istismar dövründə elektrik sistemlərində yaranan problemlərin aradan qaldırılması.
Yüksək gərginlik və yüksək cərəyan qurğularının və umumi elektrik sistemlərinin illik texniki istismara yararlılığının təmin olunması məqsədi ilə texniki müayinə, sınaq və təmir işlərinin düzgün və operativ həyata keçirilməsinin təşkili.
Zəyif axın mühafizə sistemlərinin (yanğın xəbərverici və avtomatik yanğın söndürmə sistemləri, oğurluq əleyhinə mühafizə sistemləri) texniki sazlığının təmin edilməsi və istismar müddətlərində daimi yararlılığının təmin edilməsi üçün servis xidmətlərinin təmin olunması və işinə nəzarət.
Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək;
Əməliyyat və istismar xərclərinin azaldılması, istismar müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili proseslərində iştirak etmək;
Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək
Tələblər
Təhsil: Ali texniki təhsil (elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqədar sahə üzrə).
İş təcrübəsi: Elektrik mühəndisi vəzifəsində minimum 3–5 il iş təcrübəsi.
Elektrik sistemlərinin quruluşu, texniki istismarı və təmiri sahəsində dərin biliklər;
Yüksək gərginlik və yüksək cərəyan qurğularının istismarı üzrə praktiki bacarıqlar;
Necə Müraciət Etmək Olar
Agrotrade Supply MMC
Other
AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#13923
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+