Ana Səhifə
Vakansiyalar
Kənd Təsərrüfatı
Geologiya və ətraf mühit

Ekologiya üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı

Ekologiya üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 aprel 2026

Son Tarix: 27 aprel 2026

Təsvir

İş şəraiti:

  • İş yeri: Kəlbəcər rayonu

  • İş növü: Tam

  • Vakansiya sayı: 2

Vakansiyaya dair tələblər:

  • Ətraf mühitin mühafizəsi sahəsində siyasətin və prosedurların tətbiqi: Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq Ətraf mühitin mühafizəsi üzrə tərtib edilmiş prosedurların gündəlik fəaliyyətlərdə düzgün tətbiqi istiqamətində müvafiq tədbirlər planının işlənməsində, hesabatların hazırlanmasında iştirak etmək və icrasını təmin etmək;

  • Audit və təftiş: Sahədə aparılan audit işlərində iştirak etmək və təftişləri icra etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək.

  • Uyğunsuzluqların idarəolunması: Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı həlledici təkliflər vermək, göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.

  • Təlim və təlimatlandırma: İlkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək.

  • Hadisələrin araşdırılması: Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək.

  • Monitorinq və hesabatlılıq: Səlahiyyətləri çərçivəsində layihənin fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə ekoloji monitorinqin keçirilməsində və nəticələrə dair hesabatların hazırlanmasında iştirak etmək və kənara çıxma olduğu halda aidiyyəti üzrə təkliflər vermək;

  • Ekoloji normativ və digər ətraf mühitin mühafizəsi ilə bağlı texniki sənədlərin tərtib edilməsində iştirak etmək;

  • Səlahiyyətləri çərçivəsində ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;

  • Müəssisənin fəaliyyəti nəticəsində formalaşan tullantılar üzrə hesabatların aparılmasında və tullantıların idarə edilməsində iştirak etmək;

  • Müəssisənin fəaliyyətinə uyğun ekoloji aspektlərin müəyyən edilməsində və qiymətləndirilməsində iştirak etmək, yüksək əhəmiyyətli qiymətləndirilmiş ekoloji aspektlər üzrə idarəetmə proqramının hazırlanmasında iştirak etmək, ekoloji şəraitin yaxşılaşdırılması üzrə təkliflər vermək və onların icrasına nəzarət etmək;

  • Fəaliyyət sahəsində ətraf mühitə və sosial sahəyə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsində iştirak etmək;

  • Layihənin fəaliyyət müddəti zamanı proseslərin bütün mərhələlərində ətraf mühitin mühafizəsi ilə bağlı perspektiv və cari planların hazırlanmasında iştirak etmək;

  • Fövqəladə hallara hazırlıq: Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək.

  • Kommunikasiya və məlumatlandırma: İşçilər və podratçılar arasında ətraf mühitin mühafizəsinə dair tələblər üzrə maarifləndirmə işlərinə dəstək vermək.

  • Podratçılara nəzarətdə iştirak: Podratçı və təchizatçıların sahədə ətraf mühitin mühafizəsinə dair tələblər əsasında işinin təşkilinə nəzarət etmək;

  • Layihə çərçivəsində podratçı şirkətlərin aidiyyəti üzrə məsul şəxslərin əhəmiyyətli ekoloji aspektlərlə və müvafiq daxili qaydalarla tanış edilməsinin təşkil olunmasında iştirak etmək;

Tələblər

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması arzuolunandır;

  • Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;

  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli;

  • Tətbiq olunan ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq standartlar üzrə biliklər və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış arzu olunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Müvafiq sahədə minimum bakalavr dərəcəsi (Ətraf Mühitin İdarə Edilməsi, Ekologiya, Mühəndislik)

  • Ətraf mühitin mühafizəsi sahəsində 2 illik təcrübə;

İş qrafiki:

  • Növbəli iş rejimi.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.

  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.

  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.

  • Nəqliyyat xidməti.

  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14229

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Əməliyyatlar üzrə müavin / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi

Tam Ştat

Vakansiyaya dair tələblər: Müvafiq sahələrin fəaliyyət planlarının və iş bölgüsünün icrasına nəzarəti təşkil etmək; İstehsalat proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması və istehsalat xərclərinin azaldılması istiqamətində təşəbbüslərin irəli sürülməsi; İstehsalatda texniki uyğunsuzluqlar və nasazlıqlar üzrə operativ qərarların qəbulu və icrasına nəzarəti təşkil etmək; Emal və hasilat sahələri üzrə mal-material, texnika, sərf materiallarının və kimyəvi maddələrin təminatının düzgün planlaşdırılması və əlaqələndirilməsi; İstehsalat əməliyyatlarının yerli və beynəlxalq standartlara, habelə Cəmiyyətin daxili prosedurlarına uyğunluğuna nəzarəti təşkil etmək; Şöbənin fəaliyyəti çərçivəsində dağ-mədən, emal və hasilat sahələrinin büdcə sifarişlərinin və normativlərin hazırlanması və icrasına nəzarət etmək; Emal və hasilatla bağlı təkmilləşdirmə layihələri üzrə təşəbbüslərin hazırlanması və həyata keçirilməsinə nəzarəti təşkil etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasına operativ nəzarət və hesabatlılığı təşkil etmək; Şöbənin fəaliyyəti çərçivəsində imzalanmış müqavilələrin icrasına nəzarət etmək; İstehsal sahələrində aparılan optimizasiyalar ilə bağlı məsləhətçilər ilə işlərin koordinasiyası, hesabatlılığın təşkil edilməsi; Şöbənin fəaliyyəti çərçivəsində təsdiqlənmiş fəaliyyət planlarının icrasına nəzarət və yeni layihələrin idarəolunmasında aktiv iştirak etmək; Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;

SƏTƏM üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı

Tam Ştat

Əsas vəzifə öhdəlikləri SƏTƏM siyasət və prosedurlarının tətbiqi: Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq SƏTƏM prosedurlarının gündəlik fəaliyyətlərdə düzgün tətbiqində iştirak etmək və icrasını təmin etmək. Audit və təftiş: Sahədə aparılan audit iştirak etmək və təftişləri icra etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək. Uyğunsuzluqların idarəolunması: Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı müvafiq göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək. Təlim və təlimatlandırma: Giriş təlimatlarının keçirilməsini təmin etmək, ilkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək və işçilərin biliklərinin yoxlanılması prosesində iştirak etmək. Hadisələrin araşdırılması: Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək. Monitorinq və hesabatlılıq: SƏTƏM göstəricilərinə dair məlumatların toplanmasında iştirak etmək, müvafiq qeydləri aparmaq və hesabatların hazırlanmasını yerinə yetirmək. Fövqəladə hallara hazırlıq: Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək. Kommunikasiya və məlumatlandırma: İşçilər və podratçılar arasında SƏTƏM tələbləri üzrə maarifləndirmə işlərinə dəstək vermək. Risklərin müəyyən edilməsi: İş yerlərində mövcud təhlükələri müəyyən etmək, risklərin qiymətləndirilməsi prosesində iştirak etmək və təhlükələr barədə rəhbərliyə məlumat vermək. Podratçılara nəzarətdə iştirak: Podratçı və təchizatçıların sahədə SƏTƏM tələbləri əsasında işinin təşkilinə nəzarət olunması. SƏTƏM inventar və materialların izlənməsi: SƏTƏM üzrə fərdi mühafizə vasitələrinin və digər materialların istifadəsini və anbar qalığını izləmək, ehtiyaclar barədə rəhbərliyə məlumat vermək.

SƏTƏM üzrə mühəndis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı

Tam Ştat

Əsas vəzifə öhdəlikləri: SƏTƏM siyasət və prosedurlarının idarə olunması: Müvafiq qanunvericiliyə uyğun olaraq sağlamlıq, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə prosedurlarının hazırlanmasında, yenilənməsində iştirak etmək və effektiv tətbiqinə nəzarət etmək. Audit və təftişlərin icrası: Layihədə istifadə olunan qurğuların, avadanlıqların və proseslərin müntəzəm audit və təftişlərini həyata keçirmək, nəticələri sənədləşdirmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək. Uyğunsuzluqların idarə olunması: Sahə üzrə aparılan müşahidə, yoxlama və auditlər zamanı aşkar edilən uyğunsuzluqları müəyyən etmək, onların risk səviyyəsinə uyğun qiymətləndirilməsini təmin etmək, aradan qaldırılması üçün müvafiq göstərişlərin hazırlanmasını və aidiyyəti şəxslərə çatdırılmasını təşkil etmək, həmçinin onların yerinə yetirilməsinə nəzarət etmək. Təlim və səriştələrin idarə olunması: Layihəyə cəlb olunan işçilər, podratçılar və digər əlaqəli tərəflər üçün giriş təlimatlarının keçirilməsini təşkil etmək, təlim materiallarının hazırlanmasına dəstək vermək, işçilərin biliklərinin yoxlanılması prosesini təmin etmək, həmçinin struktur bölmələr tərəfindən həyata keçirilən ilkin, təkrar və plandankənar təlimatlara nəzarət etmək. Hadisələrin araşdırılması və idarə olunması: Bədbəxt hadisələrin və digər qəza hallarının araşdırılmasını təşkil etmək, nəticələri sənədləşdirmək həmçinin düzəldici və qabaqlayıcı tədbirlərin tətbiqinə nəzarət etmək. Uyğunluğun və qanunvericiliyin monitorinqi: SƏTƏM üzrə qüvvədə olan qanunvericilik və daxili normativ tələblərə uyğunluğu yoxlamaq və dəyişikliklər barədə aidiyyəti tərəfləri məlumatlandırmaq. Monitorinq, sənədləşdirmə və hesabatlılıq: SƏTƏM göstəricilərinin monitorinqini həyata keçirmək, sənədlərin aktuallığını təmin etmək və gündəlik, aylıq və illik hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək. Fövqəladə halların idarə olunması: Fövqəladə hallara cavab planlarının hazırlanmasında iştirak etmək və onların effektiv tətbiqini təmin etmək. Kommunikasiya və məlumatların idarə olunması: Əməliyat komandaları, podratçılar və digər tərəflərlə SƏTƏM üzrə effektiv kommunikasiya qurmaq, məlumatların toplanmasını, təhlilini və ötürülməsini təmin etmək. Risk və təhlükəli amillərin idarə olunması: İş yerlərində risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunmasına nəzarət etmək. Podratçı və təchizatçıların idarə olunması: Podratçı və təchizatçıların SƏTƏM tələblərinə uyğun fəaliyyət göstərməsini qiymətləndirmək, bu məqsədlə audit və yoxlamalar həyata keçirmək və uyğunluğun davamlı olaraq təmin edilməsinə nəzarət etmək. Sifariş və büdcə proseslərinə dəstək: Layihə üzrə SƏTƏM sifarişlərinin hazırlanması, izlənməsi və müvafiq hesabatların tərtib olunmasında iştirak etmək.