Dezinfeksiya İşləri üzrə Nəzarətçi (Supervayzer)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 fevral 2026

Son Tarix: 19 mart 2026

Təsvir

Vəzifənin məqsədi:

  • Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin təhlükəsiz, keyfiyyətli və planlı şəkildə icrasını təmin etmək, sahəyə baxış keçirərək işin mürəkkəbliyini müəyyənləşdirmək və icraçı komandanı idarə etmək.

Əsas vəzifələr:

  • Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərini planlaşdırmaq və icra etmək

  • Sahəyə baxış keçirərək işin mürəkkəbliyini və xərcləri müəyyənləşdirmək

  • İstifadə olunacaq kimyəvi vasitələri və avadanlıqları təyin etmək, uçotunu aparmaq

  • İcraçı komandanı koordinasiya etmək və tapşırıqlar vermək

  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək

  • Görülmüş işlər barədə yazılı hesabat hazırlayıb rəhbərliyə təqdim etmək

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Dezinfeksiya, dezinseksiya və deratizasiya sahəsində nəzəri bilik və praktiki təcrübə

  • Komandanı idarəetmə və koordinasiya bacarığı

  • Kimyəvi vasitələrin təhlükəsiz istifadəsi və uçotu üzrə bilik

  • Hesabat hazırlama və təqdim etmə bacarığı

  • Məsuliyyətli, operativ və problem həll etmə bacarığı

Arzuolunan tələblər:

  • Minimum 6 ay müvafiq sahədə iş təcrübəsi

  • Dezinfeksiya, dezinseksiya və deratizasiya sahəsi üzrə sertifikatların olması arzuolunandır.

CV-nizi mövzu hissəsində “Dezinfeksiya İşləri üzrə Nəzarətçi” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9265

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya