Daxili Kommunikasiya üzrə Menecer

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 10 fevral 2026

Son Tarix: 11 mart 2026

Təsvir

Daxili Kommunikasiya üzrə Menecer təşkilati inkişafı, korporativ mədəniyyəti və biznes prioritetlərini fəal şəkildə dəstəkləyən məqsədyönlü daxili kommunikasiya və işçi bağlılığı strategiyasının hazırlanmasına və icrasına cavabdehdir.

Bu rol rəhbərlik və əsas maraqlı tərəflər üçün strateji tərəfdaş kimi çıxış edir, strategiyanı, dəyərləri və dəyişiklikləri təşkilat üzrə vahid və mənalı hekayələrə, təşəbbüslərə və təcrübələrə çevirir.

Vəzifə analitik dəqiqliklə yaradıcı mükəmməlliyi balanslaşdıraraq kommunikasiya fəaliyyətlərinin təsirli, ardıcıl və ölçülə bilən olmasını təmin edir, eyni zamanda bütün təmas nöqtələrində işçi təcrübəsini yaxşılaşdırır.

Əsas Vəzifə Öhdəlikləri

  1. Strategiya və İdarəetmə

  • Təşkilati inkişaf prioritetlərinə uyğun daxili kommunikasiya və işçi bağlılığı üzrə yol xəritəsini hazırlamaq və icra etmək.

  • Prinsiplər, ünsiyyət tonu, mesajların iyerarxiyası və təsdiq mexanizmlərini əhatə edən aydın kommunikasiya idarəetmə modelini formalaşdırmaq.

  • Bütün daxili kommunikasiya təmas nöqtələrinin təşkilati inkişaf məqsədlərinə uyğun şəkildə əks olunmasını təmin etmək.

  1. İşçi Bağlılığı və Təcrübəsi

  • İşçi bağlılığını və təşkilata aidlik hissini gücləndirən məqsədyönlü təşəbbüsləri hazırlamaq və həyata keçirmək.

  • Səthi aktivlik deyil, mənsubluq, sahiblənmə və məsuliyyət hissini gücləndirən kommunikasiya konseptləri yaratmaq.

  1. Çoxkanallı Kommunikasiya Çərçivəsi

  • İnteqrasiya olunmuş, çoxkanallı daxili kommunikasiya ekosistemini dizayn etmək və idarə etmək

  • (townhall görüşləri, rəhbərlik mesajları, daxili kampaniyalar, rəqəmsal kanallar, korporativ tədbirlər və s.).

  • Qrup üzrə və hədəfli kommunikasiyalarda mesajların aydın, ardıcıl və məqsədəuyğun olmasını təmin etmək.

  1. Korporativ Tədbirlər və Daxili Kampaniyalar (End-to-End Sahiblənmə)

  • İşçi bağlılığı məqsədlərini dəstəkləyən strateji korporativ tədbirləri və daxili kampaniyaları konseptual şəkildə hazırlamaq, planlaşdırmaq və icra etmək.

  • Tədbirlərə konsepsiyadan icraya və nəticələrin qiymətləndirilməsinə qədər tam məsuliyyətlə sahiblənmək.

  1. Layihə və Büdcə İdarəetməsi

  • Bir neçə kommunikasiya və işçi bağlılığı təşəbbüsünü eyni zamanda, aydın prioritetləşdirmə və struktur əsasında idarə etmək.

  • Daxili kommunikasiya və tədbirlər üzrə büdcəni planlaşdırmaq, izləmək və nəzarətdə saxlamaq.

  1. Ölçmə və Davamlı Təkmilləşmə

  • Daxili kommunikasiya və işçi bağlılığı təşəbbüsləri üçün uğur göstəricilərini (KPI-ları) müəyyən etmək.

  • Strategiyaların təkmilləşdirilməsi üçün məlumatlardan, rəy və keyfiyyət göstəricilərindən istifadə etmək.

Tələblər

Əsas Bacarıqlar və Kompetensiyalar

Strateji və Analitik

  • Biznes strategiyası, OD prioritetləri və kommunikasiya nəticələri arasında əlaqə qurmaq bacarığı.

  • Güclü analitik düşüncə tərzi.

Yaradıcı və Konseptual

  • Orijinal və yüksək keyfiyyətli kommunikasiya və işçi bağlılığı konseptləri yaratmaq bacarığı.

  • Keyfiyyətə, təsirə və uzunmüddətli iz buraxmağa yönəlmiş ambisiyanın olması.

İcra və Layihə İdarəetməsi

  • Eyni vaxtda bir neçə təşəbbüsü paralel şəkildə idarə etməyə imkan verən güclü layihə idarəetmə bacarıqları.

Təcrübə

  • Kommunikasiya, işçi bağlılığı və ya korporativ kommunikasiya sahəsində 3-5 il təcrübə.

  • Yalnız icra deyil, strateji kommunikasiya planlaşdırılması üzrə təcrübə.

  • Korporativ tədbirlərin və daxili kampaniyaların idarə edilməsində güclü təcrübə.

  • Ali təhsil

Necə Müraciət Etmək Olar

Pasha Real Estate

Pasha Real Estate

Other

PAŞA Real Estate Azərbaycanda lüks daşınmaz əmlak bazarında aparıcı qrup olaraq yüksək səviyyəli yaşayış, pərakəndə və kommersiya obyektləri təklif edir. Şirkət innovativ layihələr ilə şəhər həyatında keyfiyyət və dayanıqlıq standartlarını yenidən müəyyən edir və sakinlərin rahatlığını təmin edən dünya səviyyəli imkanlarla fərqlənir. Məqsədi yalnız daşınmaz əmlak satış və icarəsi deyil, həm də cəmiyyətlərin formalaşmasına töhfə verməkdir. PAŞA Real Estate Group PASHA Holding-in törəmə şirkəti kimi fəaliyyət göstərir və Port Baku Residence, Crescent Bay, Crescent Residences kimi prestijli layihələrə sahibdir. Qrup həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda da aktiv olaraq regional səviyyədə inkişaf edir və müştərilərə investisiya və yaşayış üçün etibarlı daşınmaz əmlak həlləri təqdim edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8232

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Yığım üzrə mütəxəssis

Tam Ştat

Vəzifənin qısa təsviri: Yığım üzrə mütəxəssis (Collections Specialist) borclarının vaxtında və effektiv şəkildə yığılmasına cavabdehdir və eyni zamanda müştərilərlə güclü və peşəkar münasibətlərin qorunmasını təmin edir. Bu vəzifə ödənişlərin vaxtında daxil olmasına nəzarət edir, maliyyə risklərini minimuma endirir və şirkətin siyasətinə, eləcə də premium daşınmaz əmlak standartlarına uyğun olaraq pul vəsaitlərinin dövriyyəsinin optimallaşdırılmasını dəstəkləyir. Vəzifə öhdəlikləri: Müştəri hesablarını izləyərək ödənilməmiş qalıqları, gecikmiş ödənişləri və potensial riskləri müəyyən etmək Borcların vaxtında ödənilməsi üçün müştərilərlə telefon, e-poçt və rəsmi yazışmalar vasitəsilə proaktiv əlaqə saxlamaq Şirkət siyasətlərinə uyğun olaraq ödəniş qrafikləri, hissəli ödəniş planları və razılaşmalar üzrə danışıqlar aparmaq Bütün ödəniş fəaliyyəti barədə məlumatları CRM və mühasibat sistemlərində dəqiq və aktual şəkildə qeydiyyata almaq Vəd edilmiş ödənişləri mütəmadi izləmək və həll olunmamış və ya yüksək riskli halları zərurət olduqda eskalasiya etmək Hesab-faktura uyğunsuzluqlarını və mübahisələri Satış, Maliyyə və İnvestisiya komandaları ilə sıx əməkdaşlıq çərçivəsində araşdırmaq və həll etmək Daxili prosedurlara, müqavilə şərtlərinə və qüvvədə olan qanunvericiliyə tam riayət olunmasını təmin etmək Rəhbərliyə mütəmadi olaraq borcların yaşlandırma hesabatlarını, ödəniş statusu yeniləmələrini və performans təhlillərini təqdim etmək Debitor borcların dövretmə müddətinin (DSO) azaldılmasına və problemli borc riskinin minimuma endirilməsinə fəal töhfə vermək Müştərilərlə uzunmüddətli əməkdaşlığı və brend nüfuzunu dəstəkləmək məqsədilə peşəkar münasibətlər qurmaq və qorumaq Hesablaşma və maliyyə məsələləri ilə bağlı müştəri sorğularına operativ və peşəkar şəkildə cavab vermək, şikayətlərin effektiv həllini təmin etmək Ödənişlər üzrə son tarixləri səmərəli şəkildə təşkil etmək, prioritetləşdirmək və idarə etmək Həll olunmamış hallarla bağlı Hüquq və Komplayens şöbələri ilə koordinasiya edərək rəsmi bərpa proseslərinə başlamaq Biznes ehtiyaclarına uyğun olaraq rəhbərlik tərəfindən həvalə olunan digər əlaqəli vəzifələri yerinə yetirmək

Senior MEP Specialist (Commercial & Procurement)

Tam Ştat

Role Synopsis: Senior MEP Specialist (Commercial & Procurement) leads technically complex procurement categories (MEP, HVAC, ELV, infrastructure, specialist systems, technical materials) across the group’s construction projects. This role ensures that technical scopes are procured at the best value while meeting quality, compliance, and delivery requirements. The role bridges engineering, project management, and procurement — driving value engineering in construction projects. Job responsibilities: Strategic Procurement: Develop and execute category strategies for MEP and construction related procurement. Lead high-value tenders from scoping to contract award, ensuring alignment with project objectives. Benchmark costs and track market trends to drive competitive procurement. Technical & Commercial Leadership: Collaborate with design, engineering, and construction teams to define technical procurement scopes. Lead comprehensive technical bid evaluations and ensure compliance across all submissions. Drive value engineering initiatives and support the adoption of innovative solutions. Supplier & Contract Management: Build and manage a qualified supplier network locally and internationally. Negotiate robust technical contracts covering warranties, performance metrics, and cost structures. Monitor supplier performance and manage contractual issues, variations, and claims. Governance & Process: Ensure adherence to internal procurement policies and external audit requirements. Promote transparency and reporting across all technical procurement activities. Support the digitalization of procurement through ERP systems and reporting tools. Requirements Education & Qualifications / Experience: Bachelor’s degree in Mechanical/Electrical Engineering, Construction Management, or a related field, preferably obtained from an international institution. Professional certifications (e.g., CIPS, PMP, RICS) are an advantage. 5–10 years of civil engineering experience, with at least 3 years in MEP/technical categories in construction. Proven track record in large-scale real estate, construction, or infrastructure projects. Experience negotiating and managing high-value, technically complex contracts. Familiarity with international supplier markets (Middle East, Europe, Asia). Required skills: Deep technical knowledge of MEP systems, infrastructure, and specialist materials. Strong commercial acumen and negotiation capabilities. Analytical approach to bid evaluation and benchmarking. Familiarity with FIDIC and similar contract forms. Effective communication and stakeholder management skills. About this role Job Type Full-time Interested candidates can apply via the link in the Apply for job button.

MEP üzrə baş mütəxəssis (Kommersiya və Satınalma)

Tam Ştat

Vəzifənin qısa təsviri: MEP üzrə baş mütəxəssis (Kommersiya və Satınalma) şirkətin tikinti layihələri üzrə texniki cəhətdən mürəkkəb satınalma kateqoriyalarına (MEP, HVAC, ELV, infrastruktur, ixtisaslaşmış sistemlər və texniki materiallar) strateji və əməliyyat səviyyəsində icra edir. Bu vəzifə texniki iş həcmlərinin keyfiyyət, normativ uyğunluq və vaxtında icra tələblərinə cavab verməklə optimal kommersiya şərtləri əsasında təmin olunmasına cavabdehdir. Rol mühəndislik, layihə idarəetməsi və satınalma funksiyaları arasında effektiv koordinasiyanı təmin edərək tikinti layihələrində dəyər mühəndisliyi yanaşmasını təşviq edir. Vəzifə öhdəlikləri**:** Strateji Satınalma: MEP və tikinti ilə əlaqəli kateqoriyalar üzrə uzunmüddətli satınalma strategiyalarının hazırlanması və icrası. Yüksək dəyərli tender proseslərinə texniki tapşırıq mərhələsindən müqavilənin bağlanmasına qədər rəhbərlik edilməsi və layihə məqsədləri ilə tam uyğunluğun təmin olunması. Xərclərin müqayisəli təhlili, bazar araşdırmaları və qiymət bençmarkinqi vasitəsilə rəqabətli satınalmanın təmin edilməsi. Texniki və Kommersiya Liderliyi: Dizayn, mühəndislik və tikinti komandaları ilə sıx əməkdaşlıq edərək texniki satınalma iş həcmlərinin dəqiq müəyyənləşdirilməsi. Texniki və kommersiya təkliflərinin kompleks qiymətləndirilməsinə rəhbərlik və uyğunluğun təmin edilməsi. Dəyər mühəndisliyi təşəbbüslərinin irəli sürülməsi və innovativ, səmərəli həllərin tətbiqinin təşviqi. Təchizatçı və Müqavilə İdarəetməsi: Yerli və beynəlxalq bazarlarda ixtisaslı və etibarlı təchizatçı şəbəkəsinin formalaşdırılması və idarə olunması. Zəmanət öhdəlikləri, performans göstəriciləri və xərc strukturlarını əhatə edən güclü texniki müqavilələr üzrə danışıqların aparılması. Təchizatçı performansının monitorinqi, müqavilə dəyişikliklərinin, iddiaların və risklərin effektiv idarə olunması. İdarəetmə və Proseslər: Daxili satınalma siyasətlərinə və xarici audit tələblərinə tam riayət olunmasının təmin edilməsi. Texniki satınalma fəaliyyətlərində şəffaflıq, hesabatlılıq və nəzarət mexanizmlərinin gücləndirilməsi. ERP sistemləri və müasir hesabat alətləri vasitəsilə satınalma proseslərinin rəqəmsallaşdırılmasının dəstəklənməsi.