Ana Səhifə
Vakansiyalar
Turizm, Otel və Restoran
Aşpaz, çörəkçi, şirniyyatçı

Commis Chef (Kiçik Aşpaz) / Emporium Café (Sea Breeze)

Commis Chef (Kiçik Aşpaz) / Emporium Café (Sea Breeze)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 20 may 2026

Təsvir

İş Yeri: FBCO LLC

Lokasiya: Bakı,Azərbaycan

Vəzifənin təsviri:

Təyin edilmiş stansiyada (soyuq və ya isti) məhsulların hazırlanması prosesini yüksək keyfiyyətlə, resept və texniki kartlara uyğun şəkildə yerinə yetirmək. Mətbəx daxilində təmizlik, sanitariya və təhlükəsizlik standartlarına əməl etmək və komanda işinə töhfə vermək.

Əsas məsuliyyətlər:

  • Stansiya üzrə (soyuq, isti) gündəlik “mise en place” hazırlıqlarını vaxtında və dəqiq şəkildə yerinə yetirmək

  • Məhsulların təmizlənməsi, doğranması, çeşidlənməsi və əvvəlcədən hazırlanması proseslərində iştirak etmək

  • Demi Chef və CDP tərəfindən verilən təlimatlara tam riayət etmək, daxili kommunikasiyanı düzgün aparmaq və keyfiyyəti təmin etmək

  • Sənaye avadanlıqları (bıçaqlar, doğrayıcılar, blendrlər və s.) ilə təhlükəsiz və düzgün şəkildə işləmək

  • Hazır məhsulların və quru anbarın düzgün saxlanılması və FIFO qaydasına uyğun etiketlənməsi

  • Sanitariya və təhlükəsizlik standartlarına uyğun işləmək

  • İş günü sonunda stansiyanı səliqəli və təmiz vəziyyətdə təhvil vermək

  • Reseptlərə və texniki kartlara tam uyğun məhsul hazırlamaq

  • Təyinat verilmiş stansiyalarda olan sifarişlərin standart əməliyyat proseduruna uyğun təqdim olunması

  • İşin gedişatına uyğun olaraq, zərurət yarandıqda əməkdaşın Emporium Café-nin digər filiallarında da çalışması nəzərdə tutulur.

Tələblər

  • Orta və ya ali təhsil

  • Minimum 1–2 il A'la carte mətbəx təcrübəsi

Axtarılan keyfiyyətlər:

  • Dəqiq, təmizkar və məsuliyyətli olmaq

  • Yeni texnikaları öyrənməyə və inkişaf etməyə açıq olmaq

  • Komandanın bir hissəsi kimi düşünmək və performansa töhfə vermək

Əlavə imkanlar:

  • Rəsmi əmək müqaviləsi

  • Nahar ilə təmin olunma

  • Nəqliyyat xərcinin qarşılanması

  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları

  • Müasir və rahat iş mühiti

Müraciət qaydası:

Maraqlanan namizədlər göstərilən link üzərindən müraciətlərini göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Sinteks Group of Companies

Sinteks Group of Companies

Retail

Sinteks Group of Companies 1996-cı ildə təsis edilmiş və Qafqazla Mərkəzi Asiya regionunda ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biri hesab olunur. Şirkət 300-dən artıq moda, zərgərlik, kosmetika və ev əşyaları brendini idarə edir, həmçinin 10-dan çox kafeteriya filialı ilə fəaliyyət göstərir. Portfelində Alexander McQueen, Armani Exchange, Balenciaga, Gucci, Ralph Lauren, New Yorker, Mango, Next kimi dünya şöhrətli markalar yer alır və şirkət EMPORIUM, SCOOP, BISQUE və ALBATROS kimi özəl konsept mağazaları da yaradıcısıdır. Sinteks pərakəndə satışla yanaşı qida və içki sektorunda da aktivdir — Gloria Jean’s Coffee Shops və Emporium Café kimi məkanlar vasitəsilə müştərilərə xidmət göstərir. 2020-ci ildən etibarən Hom*me brendi ilə ev əşyaları, aksesuarlar və dekorasiya sahəsində də genişlənmişdir. Şirkətin baş ofisi Bakı şəhərində yerləşir və o, regionda moda və lüks pərakəndə satış sahəsində lider mövqeyini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15214

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Xəzinədar (NEXT, Mango, Deichmann)

Tam Ştat

Sinteks Şirkətlər Qrupunahal hazırdaXəzinədar (NEXT, Mango, Deichmann) tələb olunur. Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vəzifənin rolu: Bu vəzifənin rolu mağazada kassa əməliyyatlarını aparmaqdır. Vəzifə öhdəlikləri: Kassa əməliyytlarını həyata keçirir. Yekun hesabat aparır, daxil olan nəğd pulun gorunmasını təmin edir, satışdan daxil olan nəğd pul vəsaitini inkassasiya edir və POS-terminal qəbzlərini İtkinlərin qarşısının alınması şöbəsinə təhvil verir. Kassa aparatlarının və kassada olan diqər avadanlıqların düzgün işləməsinə nəzarət edir, yaranan nasazlıqlar barədə rəhbərliyə məlumat verir. İş şəraiti Əməkhaqqı: 627 azn Gross + bonus İş qrafiki: Həftədə 5 iş günü, 2 gün istirahət Təhsil: Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır Təcrübə: Xəzinadarlıq sahəsində ən az 1 il iş təcrübəsi Professional biliklər: Kassa avadanlıqları ilə işləməyi bacarmaq Kassa əməliyyatları sistemləri üzrə biliklər MS Office Proqramları Orta səviyyədə ingilis və ya rus dili biliyi Professional bacarıqlar və kompetensiyalar: Məsuliyyət Diqqətlilik İntizam Qeyd: Bəy namizədlər dəyərləndirilir! Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.