Ana Səhifə
Vakansiyalar
Sənaye və İstehsalat
Qaynaqçı, çilingər, santexnik

Çilingər (Klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə)

Çilingər (Klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 30 mart 2026

Son Tarix: 2 aprel 2026

Təsvir

  • Vaqonların daşınma üçün hazırlanması zamanı daşınacaq məhsulun bütövlüyünü təmin etmək məqsədilə müəyyən texniki baxışlar keçirmək;

  • Çənli vaqonların boşaltma cihazlarının-klapanlarının vaqona məhsulların doldurulması və boşaldılması zamanı tam saz vəziyyətdə olmasına nəzarət etmək;

  • Çən vaqonunun daxilinə enmə zamanı qoruyucu vasitələrdən istifadəni təmin etmək;

  • Maye məhsulların yüklənməsi zamanı boşaltma cihazı, çənin səthi, qaynaq birləşmələrindən yük axını olub-olmamasına əmin olmaq;

  • Dolum başa çatdıqdan və yük axının olmamasına əmin olduqdan sonra boşaltma cihazında qoruyucu klapanın bağlanmasını təmin etmək;

  • Çən vaqonlarında və daxili avadanlıqlarında yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;

  • Təmir edilmiş detalı sınaqdan keçirmək və vaqonu istismara tam hazır vəziyyətdə təhvil vermək.

Tələblər

  • Ümumi təhsil;

  • Növbəli iş qrafikində fəaliyyət;

  • Təmir, quraşdırma və montaj üsullarına dair praktiki biliklər;

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;

  • Məsuliyyətlilik, keyfiyyət yönümlülük, intizamlılıq.

Necə Müraciət Etmək Olar

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Other

Azərbaycan Dəmir Yolları (ADY) ölkənin dövlətə məxsus dəmir yolu nəqliyyatı operatorudur və sərnişinlərin və yüklərin dəmir yolları ilə təhlükəsiz və effektiv daşınmasını təmin edir. ADY 2009-cu il 20 iyul tarixli Prezident Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır və Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirmək məqsədilə qabaqcıl texnologiyalar və xidmət standartları tətbiq edir. Şirkət yüksək xidmət keyfiyyəti, sərnişin rahatlığı və infrastrukturun modernləşdirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. ADY həm daxili, həm də beynəlxalq marşrutlarda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verir. Şirkət dayanıqlı və innovativ nəqliyyat sisteminin qurulmasına yönəlmiş strategiya çərçivəsində həm sərnişin, həm də yük daşımalarını genişləndirir, beynəlxalq layihələrdə aktiv iştirak edir və müasir idarəetmə yanaşmalarını tətbiq edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12024

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Vaqon daşımaları satışı şöbəsinin kiçik mütəxəssisi ("ADY EXPRESS" MMC)

Tam Ştat

Vaqon daşımaları üçün müştəri tərəfindən göndərilən sorğuları operativ və tam cavablandırmaq; Dəmiryolu əsaslı və multimodal daşımalar üzrə marşruta uyğun operativ və tam məlumatın, daşıma tariflərinin tərəfdaş şirkətlərdən yığmaq, yük daşınmaları üzrə qiyməti formalaşdırmaq və müştəriyə təqdim etmək; İdxal-ixrac, tranzit və daxili daşınmalar üçün tarifləri hesablamaq; Yük daşımaları üzrə yeni əmrlər, güzəştlər barədə məlumatlı olmaq, tətbiqini bilavasitə həyata keçirmək; Sifarişlərin cəmiyyətin daxili proqram təminatında işlənməsi, müştərilərə daşıma kodlarının təqdim olunması; Vaqon daşımaları ilə bağlı proseslərin təşkili üçün tədbirlər görmək; Vaqon daşınmaları üzrə tərəfdaş şirkətlər, terminallar və stansiyalarla, digər infrastruktur sahibləri ilə işləri koordinasiya etmək; Yük daşımanın başlanması üçün lazım olan naryadların, təlimatların və digər lazımi sənədlərin təmin edilməsini həyata keçirmək; Cari vaqon daşımaları üzrə dövri hesabatlar hazırlamaq; Borclu müştərilərin pul vəsaitlərinin qaytarılmasına nəzarət etmək; Vaqon daşımaları üzrə qəbul olunmuş satış siyasətinə, tariflərin hesablama qaydasına riayət etmək; Müştərilərlə birbaşa ünsiyyətdə olan digər struktur bölmələrlə qarşılıqlı fəaliyyət göstərmək; Öz səlahiyyətinə aid olan məsələlərlə əlaqədar Cəmiyyətin daxili struktur bölmələrinə, onların əlaqədar sorğularına cavab vermək.