Çilingər
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 yanvar 2026
Son Tarix: 4 mart 2026
Təsvir
1.1. Zavod avadanlıqlarının baş mexanikin tərtib etdiyi plan və tapşırığı əsasında təmir işlərini təhlükəsizlik qaydalarına tam riayət etməklə, təmir edəcəyi avadanlığın enerjidən açarının açıldığına əmin olduqdan sonra təmirini həyata keçirmək.
1.2. Qəfil nasazlıqlar zamanı avadanlıqların, baş mexanikin tərtib etdiyi plan və tapşırığı əsasında təmir işlərini təhlükəsizlik qaydalarına tam riayət etməklə, təmir edəcəyi avadanlığın enerjidən açarının açıldığına əmin olduqdan sonra təmirini həyata keçirmək.
1.3. Zavodun avadanlıq və qurğularının sökülməsi, təmizlənməsi, sazlanması yağlanması və yenidən yığılması.
1.4. Mexaniki hissələrin düzgün şəkildə təmir edilməsi və istismara verilməsi
1.5. Nasaz və yararsız detalların dəyişdirilməsi, bərkidilməsi, tənzimlənməsi
1.6. Təmirdən sonra avadanlaqların sınaqdan keçirilməsi və düzgün işləməsinə əmin olmaq
1.7. Təmirdən sonra təmir zonasını avadanlığın ətrafını tam təmizlədikdən sonra ərazidən kənarlaşması
1.8. Konstruktiv mexanizmlərin düzgün işləməsi üçün lazımi ölçmələr aparmaq (qalınlıq, boşluq, tənzimləmə və s.)
1.9. Avadanlıq və ya qurğularda gündəlik baxış və yoxlamalar aparmaq.
1.10. Vibrasiya, səs, temperatur və digər dəyişiklikləri müəyyən etməli və aşkar edilmiş nasazlıq barəsində təmir briqadirinə və baş mexanikə məlumat vermək
1.11. Təmirdən öncə lazım olan ehtiyyat hissələrinin siyahısını dəqiqliklə müəyyən etməli və bu barədə briqadirə və ya baş mexanikə məlumat vermək
1.12. Həyata keçirilmiş təmir işləri barəsində təmir qeydiyyat jurnalına qeydlər etmək
1.13. Təmirdən sonra təmir işi aparılan ərazinin təmizliyini təmin etmək
1.14. Avadanlıqların təhlükəsiz işləməsi üçün potensial nasazlıqları vaxtında aşkar etmək.
1.15. Əməyin mühafizəsi qaydalarına və sanitariya normalarına əməl etmək;
1.16. Yanğın təhlükəsziliyi qaydalarına əməl etmək
1.17. Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
Tələblər
Təhsil: Ali təhsil və ya orta ixtisas təhsili
Təcrübə : Müvafiq sahə üzrə minimum 2 il təcrübə
Fikrini izah etmək qabiliyyəti
İşə planlı yanaşması
Ünsiyyət yaratmaq bacarığı
İş qrafiki
6 günlük qrafiki
Biz nə təklif edirik
Qidalanma şirkət tərəfindən təmin edilir
Nəqliyyat şirkət tərəfin təmin edilir
Karyera yüksəlişi
Rəqabətli əmək haqqı
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#6246
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000