Büdcə mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 21 may 2026
Təsvir
İllik və aylıq büdcə planlarının hazırlanmasında iştirak;
Gəlir və xərclərin təhlili və proqnozlaşdırılması;
Büdcə icrasına nəzarət və kənarlaşmaların analiz deilməsi;
Xərclərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
Büdcə auditi proseslərində iştirak.
Tələblər
Təhsil: Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə);
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
Sertifikatlar: Maliyyə sahəsi üzrə müvafiq sertifikatların olması;
Dil bilikləri: Azərbaycan dili mükəmmək, rus və ya ingilis dili arzuolunandır
Kompüter bilikləri: MS ofis proqramlarında sərbəst işləmək bacarığı (Excell bilikləri yüksək səviyyədə) və 1C 8.3 arzuolunandır.
İş şəraiti:
İş saatı: 09:00-dan 18:00-dək;
İstirahət: Şənbə və bazar günü;
İş yeri: Luxen Plaza.
Biz nə təklif edirik:
Əmək haqqı (Biz bunu təcrübəniz əsasında müəyyən edəciyik);
Şəhərin mərkəzində ofis;
Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
Dinamik və gənc komanda ilə iş imkanı.
Necə Müraciət Etmək Olar
Mətanət A Şirkətlər Qrupu
Manufacturing
2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkəti sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olaraq qısa müddətdə innovativ texnologiyalar sayəsində sektorun aparıcı milli şirkətlərindən birinə çevrilmişdir. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarda istehsal edilən məhsullar yüksək keyfiyyəti ilə həm ölkə daxilində, həm də xaricdə geniş rəğbət qazanmış, şirkətin bazardakı mövqeyini daha da gücləndirmişdir. Hazırda “Mətanət A” 3 sistem və 24 mal qrupu üzrə fəaliyyət göstərərək 200-dən çox ticarət markası və 1000-ə yaxın məhsul çeşidi təqdim edir. Qafqazda ilk müasir tipli gips zavodu olan “AĞDAĞ”, eləcə də Beton Qatqıları Zavodu şirkətin innovasiya və inkişaf strategiyasının bariz nümunələridir. Məhsulların Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Ukrayna və digər ölkələrə ixracı isə “Mətanət A”nın qlobal miqyasda rəqabətqabiliyyətli və müasir biznes standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14636
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000