Böyük sistem inzibatçısı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 mart 2026

Son Tarix: 3 aprel 2026

Təsvir

  • İnfrastrukturun texniki dizaynını, resurs planlamasının və inkişaf istiqamətlərinin müəyyən edilməsi;

  • Serverlər, virtualizasiya və konteyner sistemləri üzrə optimallaşdırma və miqrasiya proseslərinin həyata keçirilməsi;

  • Mikroservis mühitlərində avtomatlaşdırılmış yerləşdirmə və inteqrasiyaya nəzarət edilməsi;

  • CI/CD və avtomatlaşdırma proseslərinin işləkliyini təmin edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;

  • İnfrastruktur monitorinqi və loglama sistemlərinin düzgün işləməsinə nəzarət edilməsi;

  • İnfrastrukturun fəlakətdən bərpa planlarının hazırlanması və testlərinin aparılması;

  • Yeni texnologiyaların tətbiqi üçün sınaq və qiymətləndirmə işlərinin aparılması,İT infrastrukturunun Linux əsaslı server və xidmətlərinin fasiləsiz işləməsinin təmin edilməsi;

  • Serverlərdə sistem və tətbiq səviyyəsində nasazlıqlarının müəyyən edilməsi, bərpa və optimallaşdırma tədbirlərinin görülməsi;

  • Mikroservis infrastrukturunun işləkliyinə nəzarət edilməsi, konteynerlərin (Docker, containerd) idarəsinin və xidmətlərin sabitliyinin təmin edilməsi;

  • Konteyner orkestrasiya sistemləri (Kubernetes, Nomad) vasitəsilə sistemlər arasında resurs idarəetməsinin və miqyaslanmanın həyata keçirilməsi;

  • CI/CD proseslərində (GitLab CI, Jenkins) sistem mühitlərinin sabitliyinə və buraxılış ardıcıllığına nəzarət edilməsi;

  • Avtomatlaşdırma vasitələri (Ansible, Terraform) ilə sistemlərin konfiqurasiya və yerləşdirmə proseslərinin həyata keçirilməsi;

  • Backup və bərpa mexanizmlərinin işləməsinə nəzarət edilməsi, ehtiyat nüsxələrin saxlanması və bərpa sınaqlarının icra edilməsi;

  • Sistem resurslarının istifadəsinin izlənməsi, performans göstəricilərinin təhlil edilməsi və optimallaşdırma təkliflərinin verilməsi;

  • Monitorinq və loqlama sistemlərindən (Prometheus, Grafana, ELK) istifadə edərək infrastrukturun vəziyyətinin izlənməsi;

  • Sistemlərdə baş verən dəyişikliklərin sənədləşdirilməsi və Git mühitində qeydiyyata alınması;

  • Vəzifəcə kiçik inzibatçılara texniki dəstək və məsləhət verilməsi, bilik paylaşımında iştirak edirlməsi;

  • Yeni texnologiyaların tətbiq edilməsi, test mühitlərinin hazırlanması və nəticələrin qiymətləndirilməsində iştirak edilməsi;

  • AI və ML əsaslı sistemlərin işlədiyi infrastruktur mühitinin hazırlanması və dəstəklənməsi;

  • AI və Machine Learning sistemlərinin ümumi işləmə prinsipləri haqqında anlayış;

  • GPU əsaslı workload-ların idarə olunması;

  • Hesabatlılığın təmin olunması üçün dəstək göstərir.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;

  • Sistem inzibatçılığı sahəsində ən azı 5 il iş təcrübəsi;

  • Linux əməliyyat sistemləri (RedHat, Ubuntu) üzrə dərin bilik və təcrübə;

  • Konteyner və mikroservis mühitlərində (Docker, Kubernetes) işləmə bacarığı;

  • Avtomatlaşdırma və IaC vasitələri (Ansible, Terraform) ilə işləmək təcrübəsi;

  • CI/CD platformaları (GitLab CI, Jenkins) üzrə bilik və iş təcrübəsi;

  • Monitorinq və loglama alətləri (Prometheus, Grafana, ELK) üzrə biliklər;

  • Backup və bərpa sistemləri üzrə bilik və təcrübə;

  • ITIL və DevOps prinsipləri barədə anlayış;

  • Analitik düşüncə, məsuliyyət və komandada işləmək bacarığı.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10449

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya