Aparıcı sistem inzibatçısı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 mart 2026

Son Tarix: 3 aprel 2026

Təsvir

  • İnfrastrukturun fasiləsiz işləməsini təmin etmək üçün sistemlərin planlanmasının və resurs bölgüsünün aparılması;

  • Server və virtualizasiya mühitlərində performans və resurs istifadəsinin optimallaşdırması;

  • İnfrastrukturda tətbiqlərin yerləşdirilməsi və CI/CD proseslərinin inteqrasiyasının təmin edilməsi;

  • Backup strategiyalarını tənzimləməsi və bərpa proseslərinin testlərinin həyata keçirilməsi;

  • Mikroservis infrastrukturu və konteyner mühitlərinin (Docker) idarə olunmasında iştirak edilməsi;

  • Monitorinq sistemlərinin nəticələrinə əsasən təkmilləşdirmə təkliflərinin verilməsi;

  • Sistemlərdə dəyişikliklərin sənədləşdirilməsini və versiya nəzarətinin aparılması;

  • Sistem inzibatçılarına texniki məsləhət və dəstək verilməsi;

  • İnformasiya təhlükəsizliyi departamentinə daxil olan sorğuların icrasının təmin edilməsi;

  • AI və ML əsaslı sistemlərin işlədiyi infrastruktur mühitinin hazırlanması və dəstəklənməsi;

  • AI və Machine Learning sistemlərinin ümumi işləmə prinsipləri haqqında anlayışın olması;

  • Ənənəvi sistemlərə məxsus infrastruktur konfiqurasiyalarının optimizasıyasına cavabdehlik daşıması;

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;

  • İT sahəsində 2-3 il təcrübə;

  • Windows və Linux sistemlərində dərin inzibatçılıq bilikləri;

  • İnfrastruktur servislərinin klasterizasiya (keepalived, pacemaker, corosync, haproxy və s.) alətləri ilə işləmə bacarığı;

  • VMware və ya Vcloud mühitlərində resurs idarəetməsi bacarığı;

  • CI/CD sistemləri (GitLab, Jenkins) üzrə iş təcrübəsi;

  • Docker və Ansible ilə işləmə bacarığı;

  • Backup və bərpa alətləri (Veeam, Acronis və s.) üzrə biliklər;

  • Monitorinq sistemləri (Centreon, Grafana, ELK) üzrə biliklər;

  • Skript yazmaq bacarığı (PowerShell, Bash);

  • ITIL prinsipləri və komanda ilə işləmək bacarığı.

Necə Müraciət Etmək Olar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Other

2021-ci il 11 oktyabr tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs kimi yaradılmışdır. Agentlik ölkədə rəqəmsal inkişafın və innovasiya ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır. Agentliyin əsas məqsədi rəqəmsal transformasiya və innovasiya sahəsində fəaliyyətin təşkili, nüvə elmi və texnologiyalarının sınaq təcrübəsinin aparılması, startaplar daxil olmaqla innovasiya yönümlü elmi-tədqiqat və layihələrə maliyyə dəstəyi göstərilməsi, həmçinin müasir texnologiya və texnoloji həllərin əldə olunmasına dəstək verməkdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10448

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya

Böyük sistem inzibatçısı

Tam Ştat

İnfrastrukturun texniki dizaynını, resurs planlamasının və inkişaf istiqamətlərinin müəyyən edilməsi; Serverlər, virtualizasiya və konteyner sistemləri üzrə optimallaşdırma və miqrasiya proseslərinin həyata keçirilməsi; Mikroservis mühitlərində avtomatlaşdırılmış yerləşdirmə və inteqrasiyaya nəzarət edilməsi; CI/CD və avtomatlaşdırma proseslərinin işləkliyini təmin edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi; İnfrastruktur monitorinqi və loglama sistemlərinin düzgün işləməsinə nəzarət edilməsi; İnfrastrukturun fəlakətdən bərpa planlarının hazırlanması və testlərinin aparılması; Yeni texnologiyaların tətbiqi üçün sınaq və qiymətləndirmə işlərinin aparılması,İT infrastrukturunun Linux əsaslı server və xidmətlərinin fasiləsiz işləməsinin təmin edilməsi; Serverlərdə sistem və tətbiq səviyyəsində nasazlıqlarının müəyyən edilməsi, bərpa və optimallaşdırma tədbirlərinin görülməsi; Mikroservis infrastrukturunun işləkliyinə nəzarət edilməsi, konteynerlərin (Docker, containerd) idarəsinin və xidmətlərin sabitliyinin təmin edilməsi; Konteyner orkestrasiya sistemləri (Kubernetes, Nomad) vasitəsilə sistemlər arasında resurs idarəetməsinin və miqyaslanmanın həyata keçirilməsi; CI/CD proseslərində (GitLab CI, Jenkins) sistem mühitlərinin sabitliyinə və buraxılış ardıcıllığına nəzarət edilməsi; Avtomatlaşdırma vasitələri (Ansible, Terraform) ilə sistemlərin konfiqurasiya və yerləşdirmə proseslərinin həyata keçirilməsi; Backup və bərpa mexanizmlərinin işləməsinə nəzarət edilməsi, ehtiyat nüsxələrin saxlanması və bərpa sınaqlarının icra edilməsi; Sistem resurslarının istifadəsinin izlənməsi, performans göstəricilərinin təhlil edilməsi və optimallaşdırma təkliflərinin verilməsi; Monitorinq və loqlama sistemlərindən (Prometheus, Grafana, ELK) istifadə edərək infrastrukturun vəziyyətinin izlənməsi; Sistemlərdə baş verən dəyişikliklərin sənədləşdirilməsi və Git mühitində qeydiyyata alınması; Vəzifəcə kiçik inzibatçılara texniki dəstək və məsləhət verilməsi, bilik paylaşımında iştirak edirlməsi; Yeni texnologiyaların tətbiq edilməsi, test mühitlərinin hazırlanması və nəticələrin qiymətləndirilməsində iştirak edilməsi; AI və ML əsaslı sistemlərin işlədiyi infrastruktur mühitinin hazırlanması və dəstəklənməsi; AI və Machine Learning sistemlərinin ümumi işləmə prinsipləri haqqında anlayış; GPU əsaslı workload-ların idarə olunması; Hesabatlılığın təmin olunması üçün dəstək göstərir.