Biznes Proseslərinin İdarəedilməsi Meneceri
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 14 iyun 2026
Təsvir
**Funksiya:**Rəqamsallaşdırma,Transformasiya və Layihələr Direktorluğu/Biznes proseslərin və layihələrin idarə olunması şöbəsi
Vəzifə öhdəlikləri:
Müvafiq daxili prosedurların, qaydaların və digər normativ sənədlərin hazırlanmasını həyata keçirmək;
Biznes proseslərinin və layihələrin həyata keçirilməsi zamanı müvafiq tələblərə uyğunluğunu təmin etmək;
Siyasət, təlimat, qayda və prosedurların icra olunmasına nəzarət etmək və proses xəritələrini, prosedurların sənədləşdirilməsini və arxivləşdirilməsini təmin etmək;
Biznes proseslərinin modelləşdirilməsi metodologiyasını hazırlamaq, sistemləşdirmək və optimallaşdırılmasını təmin etmək;
Biznes proseslərinin idarə edilməsi, effektivliyinin artırılması və mütəmadi təkmilləşdirilməsi üçün təkliflər planını hazırlamaq;
Biznes proseslərinin idarə edilməsi ilə korporativ fəaliyyətin təkmilləşdirilməsi üçün müvafiq addımlar atmaq, proseslərin layihələndirilməsi, icrası və nəzarətində iştirak etmək;
Biznes proseslərinin təkmilləşdirilməsi və layihələrin icrası zamanı müvafiq struktur bölmələri ilə sıx əməkdaşlıq etmək;
Təyin olunmuş plana əsasən layihələrin koordinasiyasını və vaxtında icrasını təmin etmək.
Vəzifə tələbləri:
Ali təhsil (Biznesin idarəedilməsi üzrə təhsil və MBA üstünlükdür);
Biznes proseslərinin idarəedilməsi sahəsində minimum 3-5 il iş təcrübəsi;
Layihə və komanda idarəetməsi üzrə təcrübə;
Microsoft Project, Planner, Jira, Asana və digər layihə idarəetmə alətləri ilə işləmə bacarığı;
Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
Power Automate və Power Apps üzrə biliklər üstünlük hesab olunur;
ERP/BPM/SFA/WMS/TMS sistemləri ilə işləmə təcrübəsi arzuolunandır;
Azərbaycan dilini səlis, ingilis dilini isə yaxşı səviyyədə bilmək;
Analitik və yaradıcı düşünmə, nəticəyönümlülük və effektiv kommunikasiya bacarıqları
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
Servis xidməti
Nahar təminatı
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Proseslərinin İdarəedilməsi Meneceri” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Veysəloğlu MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18432
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor