Tədarükçülərin Dəyərləndirməsi və AR-GE üzrə Aparıcı Mütəxəssis
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 6 iyun 2026
Təsvir
Funksiya: İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğu/PL Məhsulları üzrə AR-GE Şöbəsi
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
Şəxsi marka tədarükçülərinə məxsus istehsal müəssisələrində təsdiq edilmiş illik audit planına uyğun olaraq planlı auditlərin təşkili və icrası;
Audit nəticələrinin sistemli şəkildə təhlil edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Şikayətlər, aşkar edilmiş uyğunsuzluqlar və digər əsaslar üzrə plandankənar auditlərin həyata keçirilməsi;
Yerli istehsal və idxal olunan qida və qeyri-qida məhsulları üzrə anbar və satış nöqtələrində rəf uyğunluğunun və keyfiyyət göstəricilərinin təhlili;
Məhsullar üzrə laborator analizlərin planlaşdırılması və icrasına nəzarət;
Məhsul spesifikasiyalarının hazırlanması, yenilənməsi və tətbiqinə nəzarət;
Mövcud/potensial tədarükçülər üzrə bazar və keyfiyyət araşdırmalarının aparılması.
Vəzifə tələbləri:
Qida mühəndisliyi, biologiya, kimya mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinq və ya digər uyğun ixtisas üzrə ali təhsil;
İngilis dili – orta, rus dili – yaxşı səviyyədə bilik;
Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi;
ISO 22000:2018, ISO 9001:2015, HACCP və digər beynəlxalq standartlar üzrə bilik və sertifikatların olması üstünlükdür;
MS Office proqramlarında (Excel, Word, PowerPoint) yüksək səviyyədə işləmə bacarığı;
Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət hissi.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
Servis xidməti
Nahar təminatı
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tədarükçülərin Dəyərləndirməsi və AR-GE üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya Müraciət etdüyməsində qeyd olunan linkə daxil olub göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Veysəloğlu MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18436
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor