RPA Proqramçı
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 15 iyun 2026
Təsvir
**Funksiya:**Rəqəmsallaşdırma, Transformasiya və Layihələr Direktorluğu/İT, Data və Proqramların Təkmilləşdirilməsi Departamenti/İT Biznes Analitika Şöbəsi
Əsas vəzifə öhdəlikləri:
Biznes proseslərinin təhlili və avtomatlaşdırılması üçün uyğun həllərin hazırlanması;
UiPath vasitəsilə RPA botlarının dizaynı, inkişafı və tətbiqi;
Mövcud botların dəstəklənməsi və optimallaşdırılması;
Biznes bölmələri ilə tələblərin toplanması və texniki həllərə çevrilməsi;
Test və UAT proseslərinə dəstək verilməsi;
API inteqrasiyaları və sistemlərarası məlumat mübadiləsinin təmin edilməsi;
Texniki sənədləşdirmənin aparılması və hesabatların hazırlanması;
İnformasiya təhlükəsizliyi və audit tələblərinə uyğunluğun təmin edilməsi.
Vəzifə tələbləri:
İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;
RPA sahəsində minimum 1 il iş təcrübəsi və 3–5 RPA bot layihəsində iştirak təcrübəsi;
Biznes proseslərinin analizi və avtomatlaşdırılması üzrə təcrübə;
UiPath üzrə praktiki biliklər;
SQL bilikləri;
API inteqrasiyaları (REST/SOAP, JSON/XML) üzrə təcrübə;
Git və ya oxşar version control sistemləri üzrə biliklər;
NET / C# və ya Python üzrə baza biliklər (üstünlükdür);
ERP sistemləri (SAP, 1C və s.), OCR və Power Automate üzrə biliklər (üstünlükdür);
Güclü analitik düşünmə, problem həll etmə və proaktiv yanaşma;
Komanda ilə işləmə, məsuliyyət və texniki sənədləşdirmə bacarığı.
İş şəraiti
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Təminatlar:
Servis xidməti
Nahar təminatı
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “RPA Proqramçı” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Veysəloğlu MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18434
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor