Baş Texniki Dəstək Mütəxəssisi

Bakı,, Bakı

Tam Ştat

Orta Səviyyə

1.400 - 1.500 AZN

Yerləşdirilib 26 may 2026

Son Tarix: 13 iyun 2026

Təsvir

  • Texniki dəstək komandasının işinin təşkilini, koordinasiyasını və nəzarətdə saxlanılmasını təmin etmək

  • Komandada olan mütəxəssislərə texniki istiqamətdə dəstək göstərmək və bilik paylaşımını təşkil etmək

  • Kompüter və İT avadanlıqlarının quraşdırılmasını, diaqnostikasını və təmir proseslərinə nəzarət etmək

  • Şəbəkə avadanlıqlarının (switch, router, modem və s.) stabil və fasiləsiz işləməsini təmin etmək

  • DVR, kamera və təhlükəsizlik sistemlərinin quraşdırılmasını və texniki dəstək proseslərini idarə etmək

  • Mağazalarda istifadə olunan POS, printer, skaner və digər avadanlıqların fasiləsiz işləməsinə nəzarət etmək

  • Uzaqdan və yerində texniki dəstək proseslərini effektiv şəkildə idarə etmək

  • İT infrastrukturunun qurulmasını və inkişaf etdirilməsini təmin etmək (şəbəkə, kabelləşmə və s.)

  • Strukturlaşdırılmış kabelləmə layihələrinin planlanmasını və icrasına nəzarət etmək

  • Texniki problemləri analiz etmək və kök səbəb (root cause) yanaşması ilə aradan qaldırmaq

  • SLA göstəricilərini izləmək və xidmət keyfiyyətini artırmaq

  • Yeni texnologiyaları araşdırmaq və tətbiqi ilə bağlı təkliflər vermək

  • Vendor və təchizatçılarla texniki koordinasiyanı aparmaq

Tələblər

  • İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya uyğun sahə üzrə ali təhsil

  • Texniki dəstək və İT infrastrukturunun idarə olunması sahəsində minimum 3–5 il iş təcrübəsi

  • Kiçik texniki komandanın idarə olunması və koordinasiyası üzrə təcrübə

  • Windows sistemləri, kompüter avadanlıqları və istifadəçi dəstəyi üzrə güclü texniki biliklər

  • Şəbəkə avadanlıqları (switch, router, modem və s.) və LAN/WAN infrastrukturu üzrə təcrübə

  • DVR, CCTV, POS, printer və digər mağaza avadanlıqları ilə işləmə bacarığı

  • Strukturlaşdırılmış kabelləmə və İT infrastruktur layihələri üzrə praktiki təcrübə

  • Texniki problemlərin operativ analizi və həlli bacarığı

  • SLA əsaslı xidmət idarəetməsi və hesabatlılıq üzrə anlayış

  • Güclü liderlik, kommunikasiya və komanda ilə işləmə bacarığı

  • MS Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı

  • CCNA, MCSA, ITIL və digər beynəlxalq sertifikatlar üstünlük hesab olunur

  • Ezamiyyət və sahə işi rejimində çalışma imkan

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

OBA Market MMC

OBA Market MMC

Retail

OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18185

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Maliyyə Nəzarəti üzrə Böyük Mütəxəssis

Tam Ştat

-       Şirkətin xərcləri və əməliyyat gəlirlərini faktiki göstəricilər əsasında analiz etmək, plan və hədəflərlə müqayisə edərək kənarlaşmaları müəyyənləşdirmək və səbəblərini təhlil etmək -       Xərclərin təyinatına uyğunluğunu yoxlamaq, təxirəsalına biləcək və ya təkrarlanan xərcləri müəyyənləşdirmək, onların strategiyaya təsirini qiymətləndirmək -       Maliyyə əməliyyatlarında nəzarət nöqtələri müəyyən edərək daxili nəzarət sistemlərinin qurulması və tətbiqinə dəstək vermək -       Maliyyə pozuntularını, proses gecikmələrini və uyğunsuzluqları erkən mərhələdə aşkar etmək üçün monitorinq sistemlərini tətbiq etmək -       Aylıq, rüblük və illik hesabatlar hazırlamaq, göstəriciləri vizual (qrafik/cədvəl) formada təqdim edərək rəhbərliyi məlumatlandırmaq -       SAP, ERP və digər maliyyə sistemlərindən alınan məlumatların düzgünlüyünü yoxlamaq, məlumat keyfiyyətini artırmaq üçün avtomatlaşdırma imkanlarını təhlil etmək -       Ödəniş axınları, əməliyyat dövriyyəsi və hesabat proseslərini optimallaşdırmaq üçün inkişaf yönümlü təkliflər irəli sürmək -       Potensial maliyyə risklərini (kənarlaşmalar, əlavə xərclər, ləngimələr və s.) müəyyən etmək və onların qarşısını almaq üçün nəzarət planları hazırlamaq -       Audit və digər nəzarət orqanları ilə əməkdaşlıq çərçivəsində məlumatların vaxtında və şəffaf təqdim edilməsinə nəzarət etmək -       Digər şöbələrlə koordinasiyalı işləyərək məlumatların düzgünlüyünü təmin etmək və qarşılıqlı hesabat axınlarını sistemləşdirmək