Ana Səhifə
Vakansiyalar

Proqram İnzibatçısı

Proqram İnzibatçısı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 20 iyun 2026

Təsvir

Rəqəmsal biznes həllərinin yaradılması üzrə layihələrdə iştirak etmək və layihə üzrə tapşırıqları yerinə yetirmək

Proqramların texniki tapşırığının, funksional interfeysinin və strukturunun yaradılmasında iştirak etmək, təkliflər vermək

Proqram kodlaşdırması ilə əlaqədar tapşırıqları icra etmək

Tətbiqi proqramlarda ortaya çıxan problemləri araşdırmaq, xətaları sənədləşdirmək və təsnif etmək

Rəqəmsal həllərin inkişafı və məhsuldarlığının artırılması üçün təkliflər vermək

Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək

İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

İş qrafiki:

İş saatları 09:00 – 18:00;

Nahar fasiləsi: 13:00-14:00

Şənbə və Bazar istirahət günü.

İş yeri: 8 Noyabr prospekti 15, Azure Business Centre

Əlavə təminatlar:

Korporativ nömrə

Nahar

Servis xidməti

Tələblər

Təhsil: Ali ( IT üzrə)

Təcrübə: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi

ERP sistemləri üzrə texniki bilik və tətbiqetmə təcrübə (Tiger ERP (logo), AXATA WMS, Kassa proqramı Encore, Kalem üstünlükdür)

Biznes proseslərin modelləşdirilməsi və optimallaşdırılması üzrə praktiki bilik

SQL üzrə praktiki bilik və mürəkkəb sorğularla işləmək təcrübəsi

Komanda ilə işləmək, təşəbbüskarlıq və nəticəyönümlülük.

Necə Müraciət Etmək Olar

OBA Market MMC

OBA Market MMC

Retail

OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18191

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

Maliyyə Nəzarəti üzrə Böyük Mütəxəssis

Tam Ştat

-       Şirkətin xərcləri və əməliyyat gəlirlərini faktiki göstəricilər əsasında analiz etmək, plan və hədəflərlə müqayisə edərək kənarlaşmaları müəyyənləşdirmək və səbəblərini təhlil etmək -       Xərclərin təyinatına uyğunluğunu yoxlamaq, təxirəsalına biləcək və ya təkrarlanan xərcləri müəyyənləşdirmək, onların strategiyaya təsirini qiymətləndirmək -       Maliyyə əməliyyatlarında nəzarət nöqtələri müəyyən edərək daxili nəzarət sistemlərinin qurulması və tətbiqinə dəstək vermək -       Maliyyə pozuntularını, proses gecikmələrini və uyğunsuzluqları erkən mərhələdə aşkar etmək üçün monitorinq sistemlərini tətbiq etmək -       Aylıq, rüblük və illik hesabatlar hazırlamaq, göstəriciləri vizual (qrafik/cədvəl) formada təqdim edərək rəhbərliyi məlumatlandırmaq -       SAP, ERP və digər maliyyə sistemlərindən alınan məlumatların düzgünlüyünü yoxlamaq, məlumat keyfiyyətini artırmaq üçün avtomatlaşdırma imkanlarını təhlil etmək -       Ödəniş axınları, əməliyyat dövriyyəsi və hesabat proseslərini optimallaşdırmaq üçün inkişaf yönümlü təkliflər irəli sürmək -       Potensial maliyyə risklərini (kənarlaşmalar, əlavə xərclər, ləngimələr və s.) müəyyən etmək və onların qarşısını almaq üçün nəzarət planları hazırlamaq -       Audit və digər nəzarət orqanları ilə əməkdaşlıq çərçivəsində məlumatların vaxtında və şəffaf təqdim edilməsinə nəzarət etmək -       Digər şöbələrlə koordinasiyalı işləyərək məlumatların düzgünlüyünü təmin etmək və qarşılıqlı hesabat axınlarını sistemləşdirmək