Likvidlik üzrə mühasib (mütəxəssis)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 19 iyun 2026
Təsvir
Ödəniş sənədlərini kontrol etmək.
İcrası nəzərdə tutulan ticari ödənişlər üzrə planı hazırlamaq və imzalatmaq.
Bank çıxarışlarının kontrol etmək, ödənişlərin təyinatı üzrə ERP sisteminə qeyd etmək.
Bank xərcləri üzrə kənarlaşmaların Bankla araşdırmaq və fərqi bərpa etmək.
Bank hesablarındakı cari qalıqları kontrol etmək və aidiyyatı şəxslərə məlumatı göndərmək.
Ödəniş tapşırıqlarını aidiyyatı strukturlara yönləndirmək. İnkassa məbləğinin əməliyyat kassalarına ötürülməsinə nəzarət etmək.
Xarici ödənişlərdə yaranan problemləri həll etmək ( Deklarasiyada,rekvizitdə,invoysda uyğunsuzluq və s.). Posterminal məsrəflərini kontrol etmək. Günlük kassa protokollarının sistemlə uyğunluğunu yoxlamaq.
Günlük kassa sıfırlanmasını,valyuta əməliyyatlarına kontrol edilməsini icra etmək.
Kassa qalığını yoxlamaq. Tədarükçü etibarnamələrini reyestrə əlavə etmək və kontrolda saxlamaq.
Ay sonu ümumi qalıq məbləğlərini ( kassa ,bank,cari ) yoxlamaq və akt tərtib etmək.
Tələblər
Təhsil: Ali (Maliyyə , Mühasibatlıq)
Təcrübə: Müvafiq sahədə minimum 1 il ( Pul vəsaitlərinin uçotu üzrə təcrübə mütləqdir.)
Texniki biliklər: MS Excel yaxşı səviyyədə
ERP sistemləri ilə çalışmaq bacarığı (Logo Tiger üstünlükdür
Maliyyə sahəsində sertifikatlar üstünlükdür.(ACCA və.s)
Şəxsi keyfiyyətlər: Komanda ilə çalışmaq bacarığı, dəqiqlik və detallara fikir vermək
Öyrənməyə və inkişaf etməyə açıq olmaq
Necə Müraciət Etmək Olar
OBA Market MMC
Retail
OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18189
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+