Baş mühasib (Regional)
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 13 iyun 2026
Təsvir
Mühasibat uçotu üzrə iş planının, ilkin uçot sənədlərinin və daxili mühasibat hesabatı formalarının hazırlanması və tətbiqində iştirak etmək;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və registrlərində düzgün əks etdirilməsini təmin etmək, operativ məlumatları təqdim etmək və maliyyə hesabatlarını müəyyən edilmiş müddətlərdə hazırlamaq;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün aparılmasına, əmək haqqı fondunun istifadəsinə, vəzifə maaşlarının təyin edilməsinə, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin inventarlaşdırılmasına nəzarət etmək;
Müəssisənin bölmələrində mühasibat uçotu, hesabat və sənədli təftiş qaydalarına riayət olunmasını təmin etmək;
Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu aparmaq, onların hərəkətini mühasibat uçotu hesablarında düzgün əks etdirmək;
İstehsal dövriyyəsi və xərclərin uçotunda, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin maya dəyərinin hesablanmasında iştirak etmək;
Çatışmazlıqların, pul vəsaitləri və mal-material qiymətlilərindən qanunsuz istifadənin, həmçinin maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının qarşısının alınması istiqamətində səlahiyyətləri çərçivəsində tədbirlər görmək;
Maliyyə hesabatları, kredit əməliyyatları və müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri üzrə uçot əməliyyatlarını aparmaq;
Mühasibat sənədlərinin düzgün saxlanılmasını, rəsmiləşdirilməsini və müəyyən edilmiş qaydada arxivə təhvil verilməsini təmin etmək;
Müəssisədə qəbul olunmuş daxili qayda və prosedurlara riayət etmək.
Tələblər
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini tənzimləyən qərar, sərəncam, əmr və digər rəhbər, metodiki və normativ sənədləri bilmək;
Müəssisənin strukturunu, inkişaf strategiyasını və perspektivlərini anlamaq;
Mühasibat uçotunun təşkili üzrə əsasnamə və təlimatları, həmçinin uçotun aparılması qaydalarını bilmək;
Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi qaydalarını və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkili prinsiplərini bilmək;
Maliyyə hesabatlarının tərtib formalarını və təqdim edilmə qaydalarını bilmək;
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini aparmaq bacarığı;
Hüquqi və fiziki şəxslər üzrə vergilərin hesablanması və tutulması qaydalarını bilmək;
Mühasibat uçotu hesablarında çatışmazlıqların, debitor borclarının və digər itkilərin silinməsi prosedurlarını bilmək;
Pul vəsaitlərinin və mal-material qiymətlilərinin inventarlaşdırılması qaydalarını bilmək;
Mühasibat balanslarının və maliyyə hesabatlarının hazırlanması və təqdim edilmə müddətlərini bilmək;
Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi norma və qaydalarını bilmək.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16424
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+