Baş laborant (Zərdab filialı)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 27 may 2026
Təsvir
Xam-pambığın analizi edilərək nəmlik-zibilliliyinin təyin edilməsinə nəzarət. Hazır məhsulların (mahlıc,tiftik və çiyid) analiz edilməsi.
Laboratoriya işcilərinin işinə rəhbərlik edir.
Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və işlək saxlanılmasına nəzarət edir, onları təcrübəyə hazırlayır.
Təlimatlara əsasən cihaz və aparatları yoxlayır və tənzimləyir, eksperimentlərin aparılmasında iştirak edir;
Xammala uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrini emal edir, sistemləşdirir, rəsmiləşdirir və onların qeydiyyatını aparır.
Tədqiqat zamanı laboratoriya təhlillərini yerinə yetirir.
Tələblər
Təhsil: Ali;
İş təcrübəsi: 3 il;
Dil Bilikləri: Azərbaycan dili;
Kompyuter bilikləri: Windows əməliyyat sistemi\MS Office proqramları bilikləri;
Rəhbər, normativ və sorğu materialları;
Analiz və başqa növ tədqiqatların aparılma metodları;
Texniki sənədlərin işlənib hazirlanması qaydaları;
Qüvvədə olan standartları, sənədlərin rəsmiləşdirilməsi qaydası;
Laboratoriya avadanlığını, nəzarət ölçü cihazlarını, onların istismar qaydası;
İqtisadiyyatın əmək və istehsalın təşkilinin əsasları;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın təhlükəsizlyinin norma və qaydaları.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15163
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+