Tərəzi operatoru (Zərdab filialı)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 27 may 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Müxtəlif tip tərəzilərdə yüklərin çəkilməsi, onların xarici görnüşünün və qablaşdırılmasının yoxlanılması
Yükün çəkisi, adı və xüsusiyyətlərinin sənədlərlə uyğunluğunun yoxlanılması
Çatışmazlıq və zədələnmə hallarında aktların tərtibi və sənədlərin rəsmiləşdirilməsi
Çəkilmiş yüklərin uçotunun aparılması
Tərəzilərin düzgün işləməsinə nəzarət və onlara qulluq
Yüklərin tərəziyə yerləşdirilməsində iştirak və nəqliyyat vasitələrinin düzgün yüklənməsinə nəzarət
Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
Təhlükəsizlik və qaydalar:
Fərdi mühafizə vasitələrindən istifadə
Əməyin mühafizəsi, təhlükəsizlik və yanğın qaydalarına riayət
Kimyəvi maddələrlə işləyərkən xüsusi tədbirlərin görülməsi
Təhlükəli halların dərhal bildirilməsi
İş yerinin təmiz və nizamlı saxlanılması
Avadanlığın texniki vəziyyətinin yoxlanılması
SƏTƏM təlimlərində iştirak və qaydaların tətbiqi
Tələblər
Təhsil: Ali və ya orta ixtisas
Təcrübə: Minimum 1 il
Dil biliyi: Azərbaycan dili
Kompüter bilikləri: Windows və MS Office
Bacarıqlar və biliklər:
Güclü şifahi və yazılı ünsiyyət bacarığı
Yüklərin növləri, çeşidləri və təsnifatı
Tərəzilərin quruluşu, işləmə qaydası və yük limiti
Çəkmə, yerləşdirmə, yükləmə və mühafizə qaydaları
Nəqliyyat vasitələrinin növləri və yük qaldırma qabiliyyəti
Çəkilmiş yüklərin hesablanması və sənədləşdirilməsi qaydaları
Qaydalar:
Daxili əmək intizamı
Təhlükəsizlik texnikası
İstehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydaları
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15166
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+