Traktorçu (Ağcabədi filialı)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 27 may 2026
Təsvir
Traktor idarə etmək üçün müvafiq vəsiqə və sənədləri üzərində saxlamalıdır.
İşə başlamazdan əvvəl texnikanın (əyləc sistemi, mexanizmlər, təhlükəsizlik qurğuları) texniki vəziyyətini yoxlamalıdır.
Aşkar olunmuş nasazlıqların aradan qaldırılmasında iştirak etməlidir.
Texniki, yanğın və əməyin mühafizəsi qaydalarına (HSE təlimatlarına) ciddi riayət etməlidir.
Texnoloji rejim və təlimatlara əməl etməli, rəhbərliyin göstərişlərini vaxtında yerinə yetirməlidir.
Traktorda kənar şəxslərin olmasına icazə verməməlidir.
Yükləmə zamanı təhlükəsizlik qaydalarına əməl etməli, normadan artıq yükləməməlidir.
Sürət həddinə riayət etməlidir.
Aqrotexniki işləri qaydalara uyğun yerinə yetirməlidir.
Qoşqu və lafetdə insanların daşınması qadağandır.
Dərman hazırlığı yalnız məsul şəxsin iştirakı ilə və FMV istifadə etməklə aparılmalıdır.
Tələb olduqda, müvafiq səlahiyyət olduqda kombayn və digər texnikanı idarə edə bilər.
Fərdi mühafizə vasitələrindən istifadə etməlidir (maska, əlcək, eynək və s.).
Təhlükəli halları dərhal rəhbərliyə bildirməlidir.
Kimyəvi maddələrlə işləyərkən xüsusi qaydalara əməl etməlidir.
İş yerini təmiz və nizamlı saxlamalıdır.
Ətraf mühitə zərər verməməli, tullantıları düzgün idarə etməlidir.
Qapalı sahələrdə qaz təhlükəsinə qarşı tədbir görməlidir.
Sahədə işləyərkən digər işçilərin təhlükəsizliyini təmin etməlidir.
Tələblər
Təhsil: Orta və ya texniki peşə təhsili
Təcrübə: Minimum 1 il
Dil biliyi: Azərbaycan dili
Traktor və ya özüyeriyən texnikanı idarə etmək üçün müvafiq vəsiqə
Qanunvericiliyi, Əmək Məcəlləsini və müəssisənin daxili normativ sənədlərini bilməli və onlara uyğun fəaliyyət göstərməlidir.
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15167
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+