Barista Emporium Café (Sea Breeze)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 17 may 2026
Təsvir
İş Yeri: FBCO LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
Barista, isti və soyuq içkilərin hazırlanmasına cavabdeh olan əməkdaşdır. O, yüksək keyfiyyətli qəhvə və digər içkiləri hazırlayaraq qonaqlara təqdim edir, məhsul haqqında məlumat verir, bar sahəsinin təmizliyinə nəzarət edir və xidmət standartlarına əməl edir.
Əsas vəzifələr və öhdəliklər:
Qəhvə, espresso, latte, cappuccino, soyuq qəhvə və digər içkilərin hazırlanması və təqdim edilməsi
Menyuda olan bütün içkiləri və onların tərkibini ətraflı bilmək
Müştərilərə içkilərlə bağlı məlumat vermək və uyğun məhsul tövsiyə etmək
İstifadə olunan avadanlıqlara (qəhvə aparatları, blender və s.) gündəlik qulluq və təmizliyə nəzarət etmək
İş sahəsinin — barın və piştaxtanın — daimi təmiz və səliqəli saxlanılmasını təmin etmək
Qəhvə dənələrinin, südün, siropların və digər məhsulların ehtiyatlarını yoxlamaq və vaxtında sifariş verilməsi üçün məlumat vermək
Növbə rəhbərinin və ya menecerin verdiyi tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək
Müştəri şikayətlərini nəzakətlə qəbul etmək və rəhbərliyə məlumat vermək
Gigiyena və təhlükəsizlik standartlarına tam riayət etmək
Tələblər
Barista və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi (arzuolunandır)
Qəhvə növləri, içki tərkibləri və hazırlanma üsulları haqqında biliklər
Yaxşı ünsiyyət və təqdimat bacarığı
Təmizkar, diqqətli və operativ işləmə qabiliyyəti
Komanda ilə işləmə və yüksək xidmət mədəniyyəti
Gərgin iş rejimində çevik və məsuliyyətli işləmə bacarığı
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
FBCO MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14948
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer