Auditor

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 20 may 2026

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsində iştirak edilməsi;

  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsində iştirak edilməsi;

  • Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;

  • Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak edilməsi;

  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi;

  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin verilməsi və təqdim olunan tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;

  • Daxili Audit Departamentinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.

  • Rəhbərliyin tapşırıqlarını və xüsusi audit sorğularını yerinə yetirmək.

  • Bütün növ iş sənədlərinin qorunub saxlanılması.

Tələblər

Tələb olunan bilik və bacarıqlar:

  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə sertifikatların olması üstünlükdür;

  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür;

  • Audit prosedurlarının həyata keçirilməsi üçün pərakəndə sektoru üzrə ümumi biliklərin və müvafiq sahədə biznes prosesləri üzrə anlayışın olması;

  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları

  • Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;

  • Problem həlletmə bacarığı;

  • Səlist və aydın danışıq qabiliyyətinin olması;

  • Diqqətlilik.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (Mühasibat uçotu və audit,idarəçilik,iqtisadiyyat,maliyyə);

  • İş təcrübəsi: Min. 1 il ( Mühasibatlıq, Maliyyə, Audit sahəsi üzrə)

  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür;

  • Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı;

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 09:00-18:00;

  • Ezamiyyələrdə iştirak etmək imkanı;

  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;

  • Peşəkar komanda mühiti;

  • Şirkət hesabına korporativ nömrə;

  • Könüllü tibbi sığorta;

  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Auditor” yazaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14795

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya