Aparıcı auditor
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 20 may 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsi;
Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
Audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinə dəstək göstərilməsi və nəzarət edilməsi;
Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak edilməsi;
Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi;
Audit üzrə iş və vaxt bölgüsü hesabatının hazırlanmasında iştirak edilməsi;
Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin verilməsi və təqdim olunan tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
İştirak etdiyi audit layihəsi çərçivəsində tabeliyində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak edilməsi;
Daxili Audit Departamentinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.
Rəhbərliyin tapşırıqlarını və xüsusi audit sorğularını yerinə yetirmək.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Certified Internal Auditor (CIA) və ya ACCA üzrə sertifikatların olması üstünlükdür;
Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməsi üstünlükdür;
Audit prosedurlarının həyata keçirilməsi üçün pərakəndə sektoru üzrə ümumi biliklərin və müvafiq sahədə biznes prosesləri üzrə anlayışın olması;
Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları.
Mənimsəmə, saxtakarlıq kimi halları aşkar etmə və korporativ idarəetmə bacarığı;
Problem həlletmə bacarığı;
Səlist və aydın danışıq qabiliyyətinin olması;
Diqqətlilik.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Təhsil: Ali təhsil - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə;
Audit sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi;
Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür;
Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı;
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
Ezamiyyələrdə iştirak etmək imkanı;
İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə;
Könüllü tibbi sığorta;
Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı auditor” yazaraq göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Avrora
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14794
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə